Accessibility links

Myanmada həbsdə olan amerikalı jurnalist azad edilib


ABŞ-ın BMT-dəki keçmiş səfiri Bill Riçardson və Denni Fenster (solda)

Amerikalı jurnalist Denni Fenster Myanmada hakim hərbi xunta tərəfindən irəli sürülən ittihamlarla 11 il həbs cəzasına məhkum edildikdən bir neçə gün sonra həbsxanadan azad edilib.

Fensterin redaktoru olduğu Yanqonda fəaliyyət göstərən Frontier Myanmar onlayn xəbər jurnalının naşiri Sonny Sve bazar ertəsi tvitter səhifəsində təfərrüata varmadan "Əla xəbərdir" - deyə, yazıb.

ABŞ-ın BMT-dəki keçmiş səfiri Bill Riçardson Associated Press xəbər agentliyinə deyib ki, Fenster ona təhvil verilib və tezliklə Qətər vasitəsilə ABŞ-a qayıdacaq.

"Biz böyük çətinliklərə baxmayaraq, bütün bu müddət ərzində Dennini müdafiə edən yaxınları ilə nəhayət əlaqə saxlaya biləcəyinə görə çox məmnunuq" - deyə, Bill Riçardson Associated Press xəbər agentliyinə bildirib.

Denni Fenster mayın 24-də ABŞ-a qayıtmaq istəyərkən Yanqon Beynəlxalq Hava Limanında həbs edilib. Keçən həftənin cümə cümə günü o, hərbçilərə qarşı təhrik və viza qaydalarını pozma ittihamları ilə 11 il həbs cəzasına məhkum edilib. Bir neçə gün əvvəl Fensterə qarşı həmçinin iki əlavə, terror və fitva ittihamları irəli sürülüb ki, bu ittihamlar təsdiq olunsaydı o 30 il həbs cəzası ilə üzləşə bilərdi.

Fensterin vəkili Tan Za Aunun dediyinə görə, müvəkkilinin həbsi onun keçən il Frontier Myanmar jurnalına keçməzdən əvvəl qısa müddət Myanmar Now onlayn xəbər xidmətində işləməsi ilə əlaqədardır.

Myanmar Now aprel ayında xunta tərəfindən lisenziyası ləğv edilən beş media orqanından biridir.

Hərbçilərin fevralın 1-də mülki hökuməti devirməsindən və ölkənin faktiki lideri Aun San Su Çi və prezidenti Vin Myint də daxil olmaqla, bir neçə liderini həbs etməsindən sonra Myanmada xaos hökm sürür.

Ordu iddia edir ki, hökuməti hakim Demokratiya uğrunda Milli Liqası (NLD) 2020-ci ilin noyabrında keçirilən seçkilərdə saxtakarlıqların olduğuna dair ittihamları rədd etdiyinə görə devirib. Seçkilər zamanı NLD böyük fərqlə qalib gəlmişdi. Yerli və beynəlxaq müşahidəçilər seçkilərin azad və ədalətli keçirildiyini bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Trampa qarşı yeni ittihamlar irəli sürülüb
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG