Accessibility links

Myanma xuntası qurumun görüşlərinə buraxılmadığına görə ASEAN-ı tənqid edib


Xuntanın sözçüsü Zo Min Tun

Myanmanın hərbi rəhbərliyi çərşənbə günü Cənub-Şərqi Asiya ölkələrindən ibarət ASEAN qrupunu generallarını regional toplantılardan kənarlaşdırdığına görə tənqid edib və onu “xaricdən təzyiq”də ittiham edib.

Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının üzvləri Myanma xuntasının rəqiblərlə münasibətlərin qurulması və hərbi əməliyyatların dayandırılması da daxil olmaqla, keçən il 10 dövlətin daxil olduğu blokla razılaşdırılmış sülh planında konkret irəliləyiş əldə edə bilmədiyini bildirib.

Myanma ordusu keçən il çevriliş etməklə hakimiyyəti seçilmiş hökumətdən alıb və o vaxtdan bəri müxalifəti silahla əzir. Son zamanlar xunta siyasi fəalları edam etdiyinə, Myanmanın müxalifət və Demokratiya hərəkatının simvolu olan Aun San Su Çini həbs etdiyinə görə tənqid olunur.

ASEAN Myanma generallarının regional toplantılarda iştirakına qadağa qoyub və təşkilatın bəzi üzvlər keçən ay bildirib ki, xunta sülh planında irəliləyiş nümayiş etdirməzsə, qarşıdakı yolu yenidən düşünmək məcburiyyətində olacaq.

Xunta ASEAN-ın iclaslarına qeyri-siyasi nümayəndələr göndərmək təkliflərini rədd edib.

“Əgər hansısa ölkəni təmsil edən yer boşdursa, o zaman o, ASEAN sammiti kimi qeyd edilməməlidir” - deyə, xuntanın sözçüsü Zo Min Tun çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib. O, Myanmanın sülh planını həyata keçirməyə çalışdığını deyib.

Zo Min Tun xuntanın orduya qarşı silaha sarılan demokratiya tərəfdarı hərəkatı nəzərdə tutaraq, “Onlar bizim terrorçularla görüşüb, danışmağımızı istəyir” deyib.

O, ətraflı məlumat verməsə də, ASEAN-nın suveren dövlətlərin işlərinə qarışmamaq siyasətini pozduğunu və “xarici təzyiq"lə üzləşdiyini deyib.

ABŞ və Britaniya də daxil olmaqla, bir sıra qərb ölkələri çevrilişlə əlaqədar Myanma xuntasına qarşı sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG