Şri-Lankanın buddist rahibləri paytaxtın yaxınlığında onlarla Rohinca qaçqının məskunlaşdığı evə hücum edib və BMT rəsmilərindən həmin qaçqınların başqa yerə köçürülməsini tələb edib.
Myanmanın Rohinca müsəlmanlarının cəmləşdiyi Raxin ştatı uzun illərdir Myanmada çoxluq təşkil edən buddist dindarların hədəfinə çevrilib.
Bu arada, Human Rights Watch insan haqları qrupu Myanma ordusunu insanlığa qarşı cinayətdə günahlandırıb. Belə ki, yüz minlərlə Rohinca müsəlmanı Rakxin ştatında zorakılıqlara məruz qaldığına görə yaşadıqları bölgəni tərk etməyə məcbur olub.
BMT keçən aydan bəri 400 mindən çox etnik Rohinca müsəlmanının ştatda baş qaldıran zorakılıq və irqçilik səbəbindən qonşu Banğladeşə qaçdığını deyib və Rohinca əhalisinin durumunu fəlakətli adlandırıb.
ABŞ Myanmadan qaçqın düşən Rohinca müsəlmanlarına 32 milyon dollar məbləğində humanitar yardım ayırıb.
ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Tramp administrasiyasının Myanmaya göndərəcək yardım paketində su, dava-dərman, ərzaq, sığınacaq və digər ehtiyac duyulan ləvazımat yer alır.