Accessibility links

Myanmar dövlət mediası zorakılıqlara görə tələbələri günahlandırıb


Myanmar dövlət mediası şərşənbə axşamı polisin bir qrup tələbəni hökumətin təhsil islahatlarına dair qanunu ləğv etməsi ilə keçirdiyi nümayişin qarşısını almağa çalışdığı baş verən zorakılıqlara görə nümayişçiləri günahlandırıb.

Polis Letpadan şəhərində barrikadaları dağıtmaq istəyən tələbələrə qarşı güc tətbiq edib. Video görüntülərdə zabitlərin nümayişçiləri döydüyü, daha sonra onları polis avtomobillərinə salıb apardığı göstərilir.

Dövlət rəsmilərinin görüşlərini əks etdirən qəzetlərdən birində nümayişçilərin günahkar olduğunu və etirazçıların polisə müqavitmə göstərməsi nəticəsində qarşıdurmanın yaşandığı deyilir.

Hadisə zamanı 120-yə yaxın etirazçı həbs edilib və çoxları yaralanıb.

Nobel mükafatı qalibi Aunq San Su Çinin başçılıq etdiyi Milli Demokratiya Liqası partiyası polisin addımını qeyri-qanuni adlandıraraq, hadisə ilə bağlı araşdırma aparılmasını tələb edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki tələbələrə qarşı zorakılığı pisləyib.

Avropa İttifaqı araşdırma aparılmasını çağıraraq, hadisədən narahatlıqlarını bildirib.

Human Rights Watch təşkilatı da Myanmarda tələbələrə qarşı zorakılığa son qoyulmasına çağırıb və hadisədə əli olan rəsmilərin məsuliyyətə cəlb olunmasını tələb edib.

XS
SM
MD
LG