ABŞ vitse-prezidenti Kamala Harrisin İndoneziyanın sədrliyi ilə keçirilən ABŞ-ASEAN sammitində çıxışı zamanı üzərində Myanma bayrağı olan oturacaq boş qalıb.
ABŞ vitse-prezidenti Kamala Harris Cənub-şərqi Asiya Ölkələri Assosiasiyasının liderləri ilə görüşərkən üzərində Myanma bayrağı olan bpoş oturacaq ASEAN-ıdan həmin ölkənin demokratiyaya qayıtlmalı olduğuna dair bir xatırlatma idi. Vitse-prezident Kamala Harris də bu mesajı vurğulayıb.
“Birləşmiş Ştatlar rejimə dəhşətli zorakılıqlara son qoyması, ədalətsiz əkildə saxlanılan bütün məhbusları sərbəst buraxması və Myanmanın inklüziv dmeokratiyaya yolunu bərpa etməsi üçün təzyiq göstərməyə davam edəcək,” o deyib.
Bu həftənin əvvəlində ASEAN liderləri Myanmanın 2026-cı ildə ittifaqa sədrlik etmək növbəsini qadağan edəcəklərini açıqlayıblar və əvəzinə Filippini təyin ediblər. Onlar buna görə ölkədə 2021-ci ildə baş verən hərbi xuntadan sonra davam edən qırğını günahlandırıblar.
Sammit çərçivəsində görüşən Harris və İndoneziya Prezidenti Joko Vidodo ölkələri arasındakı əlaqələri “Hərtərəfli Strateji Əməkdaşlığa” yüksəldiblər.
“ASEAN sammitinin uğuru, o cümlədən Şərqi Asiya Sammitinin aktuallığının təmin edilməsi üçün hərətərfli, strateji tərəfdaş olaraq ABŞ-ın dəstəyi gözlənilir,” Joko Vidodo deyib.
Harrisin səfəri regionda kəskin geoisyasi rəqabətlərin olduğu və gərginliyin artdığı bir vaxta təsadüf edir.
Çinin baş naziri Li Qianq Cakartada ASEAN liderləri ilə görüşüb.
"Fərqlilikləri nəzarət altında saxlamaq üçün indi vacib olan şey tərəf tutmağa qarşı çıxmaq, blokların qarşıdurmasına qarşı çıxmaq və yeni Soyuq Müharibəyə qarşı çıxmaqdır. Ölkələr arasında fikir ayrılıqları və mübahisələr düzgün şəkildə həll edilməlidir," o deyib.
Liderlər günü Cakartada son zamanlar dumanın artmasına baxmayaraq şəhər parkında keçirilən qala şam yeməyi ilə başa vurublar. Cümə axşamı onlar ASEAN və tərəfdaşları – ABŞ, Çin, Rusiya, Avstaliya, Hindistan, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanı bir araya gətirən Şərqi Asiya Sammitində iştirak ediblər.
Forum