Accessibility links

Birma parlament seçkilərində müxalifət qələbəyə doğru irəliləyir [Video]


Birma parlament seçkilərində müxalifət qələbəyə doğru irəliləyir
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Birmada keçirilən parlament seçkilərinin qeyri-rəsmi nəticələri göstərir ki, Nobel mükafatı laueratı Aunq San Su Kyinin müxalifət partiyası qələbəyə doğru irəliləyir. Buna baxmayaraq, seçki komitəsinin rəsmiləri bildirib ki, səslərin hesablanması günlərlə vaxt ala bilər.

Birmada 32 milyon insan seçkilərdə iştirak edib. Seçicilərin çoxu həyatlarında ilk dəfə səsvermədə iştirak etmək üçün saatlarla növbədə gözləməli olub.

Aye Aye Chit: “Bu bizim ölkə üçün 50 il sonra çox vacib gündür. Mən də bu ciddi işdə iştirak etmək üçün gəlmişəm.”

71 yaşlı gəmi mühəndisi Xin Tein həmçinin həyatında ilk dəfə səs verir.

Xin Tein: “Biz qanunlarımızı, siyasi sistemimizi dəyişməliyik. Hər şey dəyişməlidir.”

Birmada başqa bir dəyişiklik isə seçkilərdə beynəlxalq və yerli müşahidəçilərin olmasıdır.

Ən əsas narahatlıqlardan biri isə bəzi seçicilərin səs vermək hüququndan məhrum edilməsi, seçki məntəqələrinə gələn bəzi seçicilərin adlarının seçki siyahısında olmamasıdır.

Bidhayak Das: “Əgər prosesə hər şey daxildirsə, o zaman daha çox seçici olmalıdır.”

Meri Robinson: “Biz bu seçkilərin tam mənada demokratik şəkildə keçirildiyini düşünməməliyik.”

Müxalifət tərəfdarları ilkin nəticələrdə Milli Demokratiya Liqası partiyasının irəlidə getdiyini eşidəndə çox seviniblər.

Seçkilərinin rəsmi nəticələrinin açıqlanması bir həftə çəkəcək.

Lakin NDL partiyası seçkilərdə qalib gəlsə, partiyanın lideri Aunq San Su Kyi prezident ola bilməz.

Birma hərbi xuntası hakimiyyətdə olduqları vaxt Konstitusiyaya dəyişiklik edərək həyat yoldaşı xarici vətəndaş olan şəxsin yüksək vəzifəyə gəlməsinin qarşısını alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG