Accessibility links

Myanmanın ABŞ-dakı səfiri Rohinca böhranı ilə bağlı məlumatları mətbuatın "yalan xəbərləri" adlandırıb


Myanmanın ABŞ-dakı səfiri Amerikanın Səsinə müsahibəsi zamanı Rohinca böhranı ilə bağlı yayılan məlumatların mətbuatın "yalan xəbərləri" adlandırıb.

Aunq Linn Birma kimi də tanınan ölkəsində yaraqlıların hücumlarına məruz qalan təhlükəsizlik qüvvələrinin hücumlara cavab verərkən sərt ölçülərə əl atmadığını deyib.

İndiyədək 390 min müsəlman evlərini tərk edərək, Banqladeşə sığınıb. Belə ki, onların kəndləri yandırılıb, evləri talan edilib.

BMT-nin baş katibi Antonio Quterres Myanmanın Rohinca müsəlmanları icmasının yüz minlərlə üzvünün yaşadıqları yerdən məcburi köçməsini etnik təmizləmə adlandırıb.

Quterres Myanma rəsmilərini rohincalılara qarşı zorakılıq və pis rəftara son qoymaq üçün daha aktiv səy göstərməyə çağırıb. Rohinca müsəlmanlarının çoxu bu zorakılıqlar nəticəsində Banqladeşə qaçıb.

“Amnesty International” hüquq-müdafiə təşkilatı Myanma təhlükəsizlik qüvvələrinin yol verdiyi “təşkil olunmuş sistematik yandırma”lara dair dəlil toplayıb. İnsan haqları qrupları Rohinca müsəlmanlarının yaşadıqları kəndlərdə “etnik təmizləmə” aparıldığını bildirir.

“Bunlar təkzibolunmaz dəlillərdir”, - “Amnesty International”dan Tirana Həsən deyib.

“Myanma təhlükəsizlik qüvvələri Rohinca müsəlmanlarının bu ölkədən çıxması məqsədi ilə şimali Raksin ştatında yanğınlar törədirlər. Səhv etməyin: bu, etnik təmizləmədir”, - Həsən vurğulayıb.

O, təhlükəsizlik qüvvələrinin kəndləri mühasirəyə aldığını, çaxnaşma içində qaçanları güllələdiyini, daha sonra evlərə od vurduğunu bildirib.

“Amnesty International” qeyd edir ki, dəlillərə yanğınlar barədə bilgi, peyk təsvirləri, yerdən çəkilmiş foto və videolar, Myanmadan onlarla şahidlə müsahibələr daxildir.

Rohincalılara qarşı zorakılığın qarşısını almadığı üçün tənqidlərlə üzləşən Myanmanın de-fakto lideri Aunq San Suu Kyi ölkəsindəki böhranla məşğul olmaq üçün gələn həftə BMT-in Nyu-Yorkda keçiriləcək Baş Assambleya görüşündə iştirak etmək planlarını təxirə salıb.

Baş Assambleyanın növbəti günlər və aylarda keçiriləcək iki xüsusi iclası zamanı Myanmadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG