Myanmarın hərbiçilərinin verdiyi məlumata görə, cümə axşamı axtarışlar nəticəsində 10 nəfərin cəsədi və təyyarənin bəzi qalıqları aşkar edilib. İçərisində 122 nəfərin olduğu və çərşənbə günü yoxa çıxan hərbi təyyarənin axtarışları hələ də davam edir.
Bəyanatda ölənlərin 6-nın yetkin, 4-nün isə uşaq olduğu bildirilir. Həmçinin cənubda yerləşən Launqlon şəhərindən 35 km aralıda baqajın parçaları, xilasedici jaketlər və təyyarənin təkərləri tapılıb.
Cümə axşamı 9 donanma gəmisi və bir neçə vertolyot Çin istehsalı 200F təyyarəsinin axtarışına cəlb edilib. Təyyarə keçən ilin martında Myanmar ordusu tərəfindən alınmışdı.
Myeik şəhərindən Myanmarın çənub-şərq sahilləri boyunca səfər edən təyyarədə sərnişinlərin böyük əksəriyyəti hərbiçi və onların ailələri olub. Myanmarın ən böyük şəhəri olan Yanqona olan səfərlərin böyük əksəriyyəti Adaman dənizi üzərindən edilir.