Accessibility links

“Nüvə sazişindən sonra İrandakı etiraz səsləri daha az eşidilirdi” [Audio-Müsahibə]


Sadiq İsabəylinin dediyinə görə, 2015-ci ildə İran və Qərb ölkələri arasında əldə edilən nüvə sazişindən sonrakı dövrdə İranda baş qaldıran siyasi etirazlar və insan haqları pozuntularının qərbdə işıqlandırılmasında azalma olmuşdu. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının idarə heyətinin üzvü Amerikanın Səsi ilə söhbətdə ABŞ-ın İran nüvə sazişindən çıxmasından sonra başlanan yeni dövrdə bu durumun dəyişməyə başladığını ifadə edir.

Sadiq İsabəyli İranda etirazları şərh edir
please wait

No media source currently available

0:00 0:15:22 0:00

Təşkilatlarımız yeni şəraiti yaxşı şəkildə dəyərləndirmək üçün "yersiz və əsasız" ixtilafların qaldırılması istiqamətində cəhd göstərməlidirlər.

“Mən xatırlayıram ki, Finlandiyanın prezidenti bir neçə iş adamı ilə Tehrana səfər etdi və görüşlər keçirdi. Buranın mətbuatında da bu sözlər gedirdi ki, İranda yeni bazarlar meydana gələcək və təbii ki, Finlandiyanın şirkətləri də o bazarlarından paylarına almalıdırlar,” Sadiq İsabəyli söyləyir.

Onun sözlərinə görə, “nüvə sazişindən sonra İranda müxtəlif etnik cəmiyyətlər və siyasi qruplarım etirazları lazımi qədər dünya mətbuatında, siyasi mərkəzlərdə və ya insan haqları mərkəzlərində, o şəkildə ki, bir zamanlar eşidilirdi, eşidilmədi.”

İsabəyli deyir ki, “həmin dövrdə ümumiyyətlə İranda yaşayan vətəndaşların və xüsusilə qeyri-fars millətlərin məsələləri, tələbləri və problemləri gündəmə gətirilmədi.”

O, prezident Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxma qərarından sonra yeni bir dövrün başlandığını təsdiq edir.

“Bu yeni dövrün başlanması orada yaşayan qeyri-fars millətlər və ümumiliklə vətəndaşlara yeni şərait yaradır,” deyə GAMAC-ın üzvü önə çəkir.

Nüvə sazişindən sonrakı illərdə İrandakı etiraz səsləri o şəkildə ki bir zamanlar eşidilirdi, eşidilmədi.

Sadıq İsabəylinin fikrincə, xaricdə fəaliyyət göstərən Azərbaycan Milli Hərəkatına mənsub təşkilatlar bu yeni şəraiti yaxşı şəkildə dəyərləndirmək üçün “yersiz və əsasız ixtilafların qaldırılması istiqamətində cəhd göstərməlidirlər.”

O, ixtilafların aradan qaldırılmasının, o cümlədən lobbiçilik fəaliyyətləri önündəki maneələrin də ortadan qaldırılmasına yol veriləcəyini ifadə edir.

“Güney Azərbaycanda olan gənclər və təcrübəli fəallar artıq bu hissi və bu güvəni öz içlərində yaşaya bilməlidir ki, xaricdəki təşkilatlar kiçik ixtilaflarla deyil, vahid və ortaq mövzular əsasında bir araya gələ bilir və bu prosesləri birlikdə planlı şəkildə yürüdə bilirlər,” Sadiq İsabəyli əlavə edir.

XS
SM
MD
LG