Accessibility links

ABŞ nümayəndəsi NAFTA-nın amerikalıların gözləntilərini doğrultmadığını deyir


U.S. Trade Representative Robert Lighthizer speaks during a news conference, Aug. 16, 2017, at the start of NAFTA renegotiations in Washington.
U.S. Trade Representative Robert Lighthizer speaks during a news conference, Aug. 16, 2017, at the start of NAFTA renegotiations in Washington.

Cümə axşamı Birləşmiş Ştatlar, Meksika və Kanada Şimali Amerika Azad Ticarət Razılığı (NAFTA) ilə bağlı islahat aparmaq üçün danışıqları bərpa edib. ABŞ-ın ticarət üzrə nümayəndəsi Robert Laytayzer ABŞ-ın ticarət kəsirlərini azaldacaq və Şimali Amerikada istehsal olunan avtomobillərin hissələrinin regiondan alınmasına gətirib çıxaracaq dəyişikliklərin olunmasını tələb edir.

“Mən aydınlıq gətirmək istəyirəm ki, prezident Tramp təkcə bir neçə qərarın və razılığın bir-iki köhnəlmiş hissəsinin dəyişməsini istəmir. Biz düşünürük ki, NAFTA bir çox amerikalının gözləntilərini doğrultmayıb və bu səbəbdən də, razılığa böyük dəyişikliklər edilməlidir”, deyə açılış mətbuat konfransında Laytayzer bildirib.

ABŞ-ın 1994-cü ildə əldə oluna razılığa qarşı ikrah hissi danışıqların çətin keçəcəyinə işarə edir. Meksika razılığa böyük dəyişikliklərin olunmasına ehtiyacın olmadığını deyir, Kanada isə müasirləşmə ilə bağlı qərarların təkcə ticarət artığı və kəsirindən asılı olmamalı olduğunu iddia edir.

Vasitəçilər islahatlar üzərində işləmək üçün bir neçə sessiya keçirəcək. Onların məqsədi işlərini ilin sonunadək bitirməkdir, çünki proses 2018-ci ilədək uzansa, Meksikada keçirilən prezident seçkisi və ABŞ Konqres seçkisi səbəbilə ləngiyəcək.

XS
SM
MD
LG