Accessibility links

NAFTA danışıqlarının dördüncü raundu başa çatıb [Video]


Birləşmiş Ştatlar, Kanada və Meksikanın ticarət nazirləri bu həftə Şimali Amerika Azad Ticarət Razılığını (NAFTA) müasirləşdirməyə yönəlmiş danışıqların mübahisəli dördüncü raundunu başa çatdırıb. Lakin Tramp administrasiyasının NAFTA-ya dəyişikliklər etməklə bağlı təklifləri bəzi təhlilçləri narahat edir. Onlar 23 il əvvəl əldə olunan bu razılığın ləğv oluna biləcəyindən narahatdır.

ABŞ, Kanada və Meksikanın ticarət nazirləri son iki ay ərzində 22 gün davam edən danışıqları yekunlaşdırandan sonra müxbirlərə qısa bəyanat verib. Əqli mülkiyyət və digital ticarət kimi məsələlərdə əldə olunan bəzi irəliləyişlərə baxmayaraq, ABŞ-ın ticarət nümayəndəsi Robert Laytazyer deyir ki,onların qarşısında hələ də bəzi böyük əngəllər var.

Meksika konstruktiv dialoq və kreativ həll yolları axtarmağa davam edəcək və hər zaman dialoqa açıq olacaq. Lakin bu səylərin Meksika, Birləşmiş Ştatlar və Kanada üçün məhsuldar olması üçün biz hamımızın limitlərinin olduğunu dərk etməliyik.

“Açıq desəm mən bizim tərəfdarlarımızın dəyişikliyə qarşı göstərdikləri müqavimətə görə həm təəcüblənirəm həm də kəndərlənirəm”, o deyib.

Kanadanın xarici işlər naziri Krista Frilend iki ölkənin bölüşdüyü dəyərləri vurğulayıb lakin deyib ki, Birləşmiş Ştatların irəli sürdüyü yeni təkliflər vasitəçilər üçün ciddi çətinliklər yaradır.

“Danışıqların 3-cü və 4-cü raundunda NAFTA-nın səbəb olduğu açıqlıq və əməkaşlığı aradan qaldıracaq təkliflər irəli sürüldü. Bəzi hallarda bu təkliflər Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd idi. Bu isə narahatedicidir”, Frilend söyləyib.

Ən böyük narahatçılığa isə ABŞ-ın razılığı hər beş ildən bir yeniləmək, eləcə də Birləşmiş Ştatlara idxal olunan bütün maşın məhsullarına yeni tariflər tətbiq etmək tələbi səbəb olub.

“Bu dəfəki danışıqların yekunu onu göstərir ki, daha öncəki danışqlarla müqayisədə bu dəfə NAFTA çökməyə daha yaxındır”, deyə Dani Bahahr bildirir.

Brookings Global təkilatının iqtisadçısı Dani Bahar deyir ki, ABŞ-ın ticarət kəsirinin işlərin itirilməsinə gətirib çıxarıdığına dair düşüncəsi vasitəçilərə problem yaradır.

“Fikrimcə səfir Laytayzerin bəyanatından aydındır ki, ABŞ əsas diqqəti ticarət kəsirini azaltmağa yönəldir. Beynəlxalq ticarət iqtisadçılarının fikrincə isə ticarət danışıqlarında diqqət ona ayrılmamalıdır”, Bahar söyləyir.

Fikir ayrılıqlarına baxmayaraq, hər üç tərəf nə qədər çəkəcəyindən asılı olmayaraq 23 illik razılıqla bağlı danışıqları davam etdirmək istəyirlər.

“Meksika konstruktiv dialoq və kreativ həll yolları axtarmağa davam edəcək və hər zaman dialoqa açıq olacaq. Lakin bu səylərin Meksika, Birləşmiş Ştatlar və Kanada üçün məhsuldar olması üçün biz hamımızın limitlərinin olduğunu dərk etməliyik”, deyə Meksikanın iqtisadiyyat naziri İldefonso Quahardo bildirir.

Vasitəçilər gələn ay Meksikada keçiriləcəyi planlaşdırılan danışıqların növbəti raundu başlayandaək öz ölkələrinə geri dönürlər.

XS
SM
MD
LG