Accessibility links

Nayrobinin gecəqondu binası uçub


Keniyanın paytaxtı Nairobidə 7 mərtəbəli yaşayış binasının uçmasından sonra bir neçə nəfərin itkin düşdüyü bildirilir.

Polisin dediyinə görə, sakinlər bina bazar ertəsi gecə uçmazdan əvvəl təməlində çatlar əmələ gəlməyə başlayanda evakuasiya edilib.

Dörd milyon əhalisi olan Nayrobi sakinlərinin çoxu ən aşağı gəlirli bölgələrdə, gecəqondularda yaşayır.

Keçən ilin aprel ayında da Nayrobinin şimal-şərq bölgəsində güclü yağışlar səbəbindən uçan 6 mərtəbəli binada 49 nəfər ölmüşdü.

XS
SM
MD
LG