Accessibility links

Nayrobidə məktəb yataqxanasında yanğın baş verib


Rəsmilər paytaxt Nayrobidə məktəb yataqxanasında baş verən yanğın nəticəsində yeddi keniyalı məktəbli qızın öldüyünü bildirir.

“Bu bədbəxt hadisədə yeddi tələbə həyatını itirdi”, deyə Moi Qızlar Məktəbini ziyarət edən təhsil naziri Fred Matianqi bildirib.

Nazir deyib ki, istintaq aparılması səbəbilə məktəb iki həftəlik bağlanacaq.
“Biz bu məsələni araşdırmalıyıq”, deyə Matianqi bildirib.

Rəsmilər polisin Moi məktəbindəki yanğınla ötən il məktəb təqviminə edilən dəyişikliklərdən sonra digər məktəblərdə baş verən yanğınlar arasında hər hansı bir əlaqənin olub olmadığını araşdırdığını söyləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG