Accessibility links

ABŞ-da içində naməlum maddə olan məktubla bağlı təhqiqat aparılır


ABŞ ordusu və Federal Təhqiqatlar Bürosu (FBI) Vaşinqtonda yerləşən hərbi bazaya içində naməlum maddə olan məktubu kimin göndərdiyini müəyyən etməyə çalışır. Həmin məktub 11 nəfərin vəziyyətini pisləşdirib. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Təhlükəli maddə insidenti Birgə Qərargahın Mayer-Henderson binasında baş verib. Sözçü bildirib ki, donanma qoşunlarının yerləşdiyi ofisin əməkdaşları məktub açılandan dərhal sonra özlərini zəif və boğazlarında ağrılar hiss etməyə başlayıblar.

Donanma Qoşunlarından verilən məlumata görə, bina təxliyə edilib və başqa heç kəs xəstələnməyib. Məktubun kimə göndərildiyi aydın deyil.

XS
SM
MD
LG