Accessibility links

Naqasakiyə atom bombası atılmasının ildönümü qeyd edilir


Yaponiyanın Naqasaki şəhərində çərşənbə günü yüzlərlə insan 76 il öncə şəhərə atom bombası atılması ilə əlaqədar xatirə mərasimində iştirak ediblər. Xatırladaq ki, ABŞ tərəfindən atılan bomba 150 000 insanın həyatına son qoymuşdu.

Yaponiyanın baş naziri Şinzo Abe Naqasaki Sülh Parkında toplaşan insanların qarşısında çıxış edərək, dünyanın nüvə silahsızlaşdırması istiqamətində öhdəliyini vurğulayıb.

Baş nazirin bu sözləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ballistik raketlərin sınağını davam etdirən Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi qərarından bir neçə gün sonraya təsadüf edir.

XS
SM
MD
LG