Accessibility links

Naqasakiyə nüvə hücumundan 75 il ötür


Bazar günü Naqasaki böyük Sülh Heykəli qarşısında təşkil edilən mərasimdə şəhərin bombalanmasının 75-ci ildönümünü anılıb. Şəhərmeri və sağ qalanlar dünya liderlərini nüvə silahına qadağa tətbiq etməyə çağırıb.

Yerli vaxtla saat 11: 02-də "Fat Man" adı veilrmiş 4,5 tonluq plutonium-239 bomba hücumu nəticəsində ölən 70 mindən çox insanın şərəfi bir dəqiqəlik sükutla yad edilib.

"Nüvə silahlarının dəhşətlərini yaşayan bir ölkə kimi xahiş edirəm Nüvə Silahlarının Qadağan edilməsi haqqında Müqaviləni imzalayın və ən erkən tarixdə ratifikasiyasına baxın" - deyə, Naqasaki meri Tomihisa Taue bildirib. "Əlavə olaraq, planı araşdırın. Şimal-Şərqi Asiyanın nüvə silahından azad bir bölgə olmasını təmin edin. Zəhmət olmasa, Yaponiya konstitusiyasının müharibə etməmək qətiyyətini özündə birləşdirən dinc prinsiplərinə sadiq qalın"- deyə, mer əlavə edib.

Baş nazir Şinzo Abe qurbanların xatirəsini anmaq üçün abidə önünə əklil qoyaraq nitq söyləyib, lakin müqaviləyə birbaşa istinad etməkdən çəkinib.

"Naqasaki və Hiroşimadakı faciələr və onun xalqa verdiyi əziyyətlər bir daha təkrarlanmamalıdır. Müharibə dövründə nüvə hücumuna məruz qalan yeganə ölkə olaraq, beynəlxalq ictimaiyyətin nüvə silahı olmadan bir dünya qurmaq istiqamətində səylərini addım-addım artırmaq xalqımızın əsas missiyası olaraq qalır" , Abe deyib.

Yaponiya müqaviləni imzalamayıb. Sağ qalan bir çox insan radioaktiv çirklənmə səbəbindən xərçəng və ya digər xəstəliklər vəfat edib.

BMT-nin baş katibinin müavini və silahsızlıq məsələləri üzrə nümayəndəsi İzumi Nakamitsu Naqasaki Sülh Memorialına ünvalnadığı mesajında dünyanın heç nüvə müharibəsini qazana bilməyəcəyi və heç vaxt belə bir müharibəsinin edilməsinin lazım olmadığını deyərək, nüvə silahlarının ləğv edilməsinin və nüvə silahlarına malik olan ölkələrin bu yolda liderlik etməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG