Accessibility links

Natiq Kərimov: Nardarana münasibət dəyişməlidir – hamı qanunlara tabedir [Audio-Müsahibə]


Natiq Kərimov
Natiq Kərimov

Nardaran Ağsaqqallar Şuarsının sədrinin Amerikanın Səsinə müsahibəsi

"Nardaranda postların sayı azalmayıb, əksinə artırılıb. Bütün postlarda beton maniələr qoyulub. Postlardan bir problem yoxdur. “İmam Hüseyn” meydanında, “Əli” meydanında, pirin qarşısında Daxili Qoşunların, xüsusi təyinatlıların çadırları var, həm də zirehli maşınlar hər tərəfdə var. Sonra Maştağa, Bilgəh, Kürdəxanı və dəniz kənarından Nardarana gələn bütün yollarda post-patrul avtomobilləri dayanıb".

Bu barədə Nardaran kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:13:31 0:00

Onun sözlərinə görə, çətin də olsa kəndə daxil omaq mümkündür. “Amma, sakinlərdən başqa şəxslər və jurnalistlər kəndə buraxılmır. Bu nə qədər qanunidir, deyə bilmərəm. Araşdırma aparın ki, Nardaranda hansı sistem tətbiq edilib, hərbi vəziyyətdir, fövqəladə vəziyyətdir? Neçə vaxtdır biz bu vəziyyətdə yaşayırıq”, o qeyd edib.

Kərimov bildirib ki, kənd sakinlərindən saxlanılanlar çoxdur:

“Ümumən 70-dən çox adamın saxlandığını bilirəm. Onların bir qismi inzibati qaydada həbs olunub, Binəqədidə saxlanılır. Bir qismi ittiham elan olunub, Kürdəxanı təcridxanasında saxlanılır, bir qismi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Üç forma saxlanılan var. Bir qism adamlar barəsində teroror və başqa ittihamlarla cinayət işi gedir. Bunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Bəzilərinə silah tapılması ittihamı verilib, digər ittihamlar verilməyib. Ümumiyyətlə bu məsələləri tam araşdıra bilmirəm, imkanım daxilində deyil. Yaralılar, saxlanılmaların qanuni və ya qanunsuz olması, istintaqın aparılması ilə bağlı ombusmana müraciət etmişik. Amma, hələ bizə cavab verməyib”.

O bildirib ki, hazırda da Nardaranda sakinləriinn saxlanılması davam edir:

“Dekabrın 17-də yeni 4 nəfər saxlanılıb. Saxlanılanlardan biri sərbəst buraxılıb, iki nəfərin taleyindən xəbər yoxdur. Saxlanılanlardan biri də Azərbaycan İslam Partiyasının (AİP) ilk sədri Əlikram Əliyevin oğlu Hüseyn Əliyevdir. H.Əliyevə inzibati qaydada bir aylıq həbs verilib.

Evlərdə axtarışlar da davam edir. Hər gün 4-5 evdə axtarış aparılır. Dekabrın 17-dən ev axtarışlarına hüquq-mühafizə nümayəndələrilə yanaşı şahid kimi qonşular, bələdiyyə təmsilçiləri qatılıb, axtarış aparılan evlərdə çəkilişlər aparılır. Biz axtarışların əleyhinə deyilik, amma hər şey qanun çərçivəsində olmalıdır”.

Kərimov kəndə elektrik enerjisinin verilməsinin tam bərpa olunduğunu bildirib:

“Amma, asxşamlar baxıram hər 10 evdən 2-də işıq yanır. Çünki kənd camaatının imkanı şox aşağıdır. Yəni, bütün parniklərdə iş dayanıb, çoxlarını da dağıtdılar, bu yol çəkilərəkən ətrafında olanlar dağıdılıb. Parniklərin istixanaları açıldı, bütün məhsul da məhv oldu. Buna görə konpensasiya verəcəklər-verməyəcəklər deyə bilmərəm”.

Onun sözlərinə görə, kəndə qaz verilməsi hələ bərpa olunmayıb.

Ağsaqqallar Şurasının sədri Nardaranda əhalinin 95 faizinin işsiz olduğunu deyib:

“Nardaran hadisələriində sonra isə işləyən az sayda insanların bir çoxu işdən çıxarılıb. Hətta xarrat olan bir çəxsi də işdən azad ediblər. Onsuz da bu kəndin sakinlərinin 95%-i işləmirdi, bu adamların da işdən azad olunmaları, özü də məhz nardaranlı olduqlarına görə azad edilmələri həm insan haqlarının, həm də vətəndaşın əmək hüququnun pozulması deməkdir”, Kərimov bildirib.

O, hazırda kənddə polis məntəqəsi tikildiyini, yolların genişləndirildiyini deyib:

“Hələ yolun kənarındakı hasarları söküblər, evlərə çatanda bilinmir, kompensasiya verilməsi necə olacaq. Bərpa işlərini icra hakimiyyətinə tapşırıblar. Kənd bərbad vəziyyətdədir, neçə illərdən yığılıb qalan problemlər var”.

Ağsaqqallar Şurasının sədri prezidentin kəndin abadlıq işlərinə ayırdığı 12 milyon manat vəsaitin xərclənməsinə nəzarətin təşkil edilməsini hökumətdən xahiş edib.

O kənddə küçələırin adlarının dəyişdirlməsi, yeni adların qoyulması ilə bağlı deyilənləri təkzib edib:

“Belə şeylər hələ yoxdur. Biz özümüz meydanları güllərlə, çiçəklərlə, qəşəng daşlarla bəzəmişdik. Peyğəmbərlərimizin kəlamlarını yazmışdıq. Orada vətənpərvərliklə, vətəni sevməklə bağlı hədislər yazmışdıq. Bunların hamısını ağardıblar, rəngləyiblər”, Kərimov deyib.

Ağsaqqallar Şurasınəın sədri Nardaranda məscidlərin bağlanmadığını bildirib:

“Məscidlərin qapılarına plomb vurulmayıb, heç kəs də cürət edib plomb vura bilməz. Ancaq, məscid ibadət üçündür. Adamlar getmirsə məscid kimə lazımdır”, o insanların ibadətə buraxılmadığına işarə edib.

N.Kərimov Din Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Nardaranda məscidlərin fəaliyyətinə bu məscidlərdə dini icmaların yaradılmasından sonra icazə veriləcəyi barədə bəyanatına münasibət bildirib:

“M.Qurbanlı düz deyir, əgər məscid yeni fəaliyyətə başlayırsa qeydiyyata alınmalı, icması yaradılmalıdır, amma Nardaranda yaşı 800, 250-300 ili ötən məscidlər var, dədə-babalarımız, əcdadımız bu məscidlərdə ibadət ediblər. Bu kənddə ən cavan məscidin 150 yaşı var. Başa düşə bilmirəm ki, namaz qılmaq, mərasimlər keçirmək üçün niyə qeydiyyat lazımdır? Mən məscidə namaz qılmağa gəlirəm, buna nə qeydiyyat? Görünür, M.Qurbanlı özü namaz qılmadığı üçün bu məsələni bilmir. Odur ki, icma olmadan məscidin fəaliyyət göstərməsinə icazə verilməməsi haqda onun mövqeyi əsaslı və qanuni deyil”, o qeyd edib.

Ağsaqqallar Şurasının sədri bununla yanaşı məscidlərin qeydiyyatdan keçməsini də dəstəkləyir:

“Biz hamımız qanuna tabeyik. Ölkədə qanun var, məscidlər də qeydiyyata alınmalıdır. Amma, bu dövlət komitəsinin işidir, məsciddə namaz qılanların yox”.

O hazırda məscidlərin fəaliyyət göstərmədiyini, axundların 10-30 sutka saxlanıldığını deyib:

“Biz məscidlərə getmək istədik. Bu zaman kənddəki qüvvələr dedi ki, xahiş edirik getməyin. Biz də getmədik, qarşıdurma yaratmaq istəmirik. Bu kimə lazımdır”.

Kərimov qəsəbədəki 130 sayı məktəbin qarşısındadır. O nəvələrinin dərsədn çıxmasını gözləyir. Bu zaman şagirdlərdən məktəbdə vəziyyyətlə bağlı sual edir. Şagirdlər istilik sisteminin olmadığını, işıqların isə tez-tez sönüb-yandığını bildirir. “Məktəbdə hələ istilik sistemi yoxdur. Amma, camaat məktəbə kütləvi axın edir. Əvvəllər belə deyildi. Bu camaatın oxumaq istədiyini göstərir”.

O həmçinin son zamanlar parlamentin məktəblərdən yayınan uşaqların valideynlərinə cərimə təyin edilməsi ilə bağlı qərarını dəstəkləmir:

“Uşaqların məktəblərə cəlb olunması üçün deputatlar kəndə gəlməlidir, təbliğat aparılmalıdır. Bu qanunun ölkənin bütün regionlarına tətbiq edilməsi də düzgün deyil. Çünki spesifilik var”.

Bununla yanaşı, o cərimə qərarından sonra qəsəbə məktəblərinə daha çox şagirdin cəlb olunduğunu deyir. “Məktəblərə həm qızlar, həm də oğlanlar kütləvi şəkildə gəlir. Elə bil şəhər məktəbləridir. Düzdür evlərə də gedib təbliğat aparırlar”.

Ağsaqqallar Şurasının sədri vəziyyətdən çıxış üçün Nardarana münasibətin dəyişməsini vacib sayır:

“Süni problem lazım deyil. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq və qanunlara tabeyik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG