Accessibility links

“Nardaran işi” üzrə hökm oxunuşu başlayır [Videolar & Fotolar]


"Nardaran işi" -məhkəmənin qarşısı
"Nardaran işi" -məhkəmənin qarşısı

Məhkəmə binasının qarşısına çoxsaylı insanlar toplaşıb

“Nardaran işi” məhkəməsində hökmün oxunuşu günortadan sonra da davam etdirilir. Məhkəmənin binası polis tərəfindən mühafizə edilir. Binanın qarşısında “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, digər məhkumların çoxsaylı tərəfdarları və qohumları gözləyir.

“Nardaran işi” - məhkəmənin qarşısı (günortadan sonra)
please wait

No media source currently available

0:00 0:00:15 0:00

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə, Nardaran işi üzrə hökmümn oxunuşu başlayıb. Məhkəmə zalına diplomatik korpusların nümayəndələri, həbsdə olanların qohumları buraxılıb. Jurnalistlər hələ iclas zalına buraxılmayıb.

“Nardaran işi” - məhkəmənin qarşısı
please wait

No media source currently available

0:00 0:00:17 0:00

2015-cı il noyabrın 26-sı hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər öldürülüb. Rəsmi məlumatlara görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

“Nardaran işi” - məhkəmənin qarşısı (Abbas Hüseynovun bacısı Fatimə Kələntərova danışır)
please wait

No media source currently available

0:00 0:00:28 0:00

Dövlət ittihamçısı hazırda mühakiməsi gedən 18 nəfərlik qrupun üzvlərinə uzunmüddətli cəzalar, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.

Məhkəmənin qarşısında Taleh Bağırzadənin və həbsdə olan digər şəxslərin çoxsaylı tərəfdarları, qohumları toplaşıb. Məhkəmə binası polislər tərəfindən mühafizə olunur.

"Nardaran işi" -məhkəmənin qarşısı
"Nardaran işi" -məhkəmənin qarşısı

"Nardaran işi" -məhkəmənin qarşısı (Leyla İsmayılzadə)
"Nardaran işi" -məhkəmənin qarşısı (Leyla İsmayılzadə)

"Nardaran işi" -məhkəmənin qarşısı
"Nardaran işi" -məhkəmənin qarşısı

"Nardaran işi" -məhkəmənin qarşısı
"Nardaran işi" -məhkəmənin qarşısı

"Nardaran işi" -məhkəmənin qarşısı
"Nardaran işi" -məhkəmənin qarşısı

"Nardaran işi" -məhkəmənin qarşısı
"Nardaran işi" -məhkəmənin qarşısı

XS
SM
MD
LG