Accessibility links

“Nardaran işi” üzrə məhkəmənin hazırlıq iclası başlayıb [Video]


“Nardaran işi” üzrə məhkəmənin hazırlıq iclası başlayıb
please wait

No media source currently available

0:00 0:01:41 0:00
Direct link

Cinayət işi üzrə Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər məhkəmə qarşısına çıxarılıb

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə (Naradaran işi) məhkəmənin hazırlıq iclası başlayıb. Məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir.

Çoxsaylı insan və jurnalistlər məhkəmə zalına buraxılmayıb. Təqsirləndirilən şəxslərin isə hər birinin yalniz iki yaxın qohumu məhkəmə zalına buraxılıb.

2015-ci il noyabrın 26-da polis Bakının Nardaran kəndində xüsusi əməliyyat keçirib. İkisi polis olmaqla ümumilikdə altı nəfər ölüb.

Əməliyyat zamanı T.Bağırzadə də daxil olmaqla, 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir çoxunun cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

Bağlırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

AXCP sədrinin müavini F.Qəhrəmanlı barəsində ötən il dekabrın 8-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur. Qəhrəmanlı Facebook səhifəsində yazdığı statusdan sonra həbs edilib.

Bu gün başlayan hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlardan bir neçəsinin vəkili olmadığı məlum olub. Digərlərinin isə vəkilləri dövlət hesabına təyin olunub.

Təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov vəkildən imtina edib və bunu ibtidai istintaq zamanı onu müdafiə edən vəkil tərəfindən təzyiqlərə məruz qalması ilə əsaslanıdırıb.

“Bandotdeldə mənə o qədər işgəncə vermişdilər. Vəkilim məni müdafiə etmək əvəzinə, onlara qoşulub az qalırdı məni döysün”, o qeyd edib.

Daha sonra hakim təqsirləndirilən şəxslərdən məhkəmə tərkibinə etiraz edib-etmədiklərini soruşub.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimlərə etiraz etməyib və ironiya ilə bildirib ki, hakimlər dəyişsə də, heç nə dəyişməyəcək. "Ona görə etirazım yoxdur. Rejim dəyişməlidir".

Qəhrəmanlı məhkəmə iclaslarının tez bir zamanda keçirilməsini istəyib.

"Kürdəxanıda vəziyyət çox ağırdır. Bu istidə bu qədər insanın orada saxlanılması özü mənəvi işgəncədir", o qeyd edib.

Təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri olmadığından onların müdafiəçi ilə təmin olunması üçün prosesdə fasilə elan olunub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG