Accessibility links

Narkotik maddə daşınmasında təqsirləndirilən yaşlı qadına bəraət qazandırılıb


Malayziya məhkəməsi narkotik maddə daşınmasında təqsirləndirilən yaşlı avstraliyalı qadına bəraət qazandırıb. Normalda bu növ cinayətlərə görə ölüm hökmü çıxarılır.

Hakim 2014-cü ilin dekabrında Kuala Lampurda gömrük rəsmiləri Mariya Elvira Pinto Ekspostonun çantasında 1.1 kq güclü metamfetamin formasının olmasından xəbərsiz olduğuna dair qərar çıxarıb.

Çərşənbə günü Eksposto Sidneydəki evinə dönə bilməsi üçün Malayziya məhkəməsini tərk edib.

Ekspostonun vəkili deyib ki, o və polis də daxil olmaqla, ekspertlərin ifadəsi Ekspostoya bəraət qazandırılmasına səbəb olub.

“Məhkəmə Mariyanın ifadəsini dinlədikdən sonra onun günahsız olduğuna inanıb. Eksposto internet fırıldaqçılığı, internetdə romantik münasibətlər nəticəsində aldadılaraq bu çantanı sərhəddən keçirməyə inandırılıb” deyə Mariya Elvira Ekspostonun vəkili Məhəmməd Şafi Abdulla bildirib.

Hökm oxunduqdan sonra prokurorluq Ekspostonun Avstraliyaya deportasiya edilməsinə razılıq verib.

XS
SM
MD
LG