Accessibility links

Polis 31 kiloqram narkotik götürüb


Narkotik
Narkotik

Azərbaycan daxili işlər orqanları son 4 gün (yanvarın 5-dək) ərzində ümumi çəkisi 31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 7,5 kiloqrama yaxın heroin, 23,5 kiloqramdan çox tiryək aşkarlayaraq dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Cəlilabad rayon (Bakıdan 211 kilometr cənub) sakini, əvvəllər məhkum olunmuş Aydın İbrahimovdan 4 kiloqram 510 qram heroin və 5 kiloqram 525 qram tiryək, daha bir sakin Tural Ataşovdan 18 kiloqrama yaxın tiryək, rayonun Pərdi kəndində yaşayan Oqtay Rufullayevdən isə 3 kiloqram 118 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG