Accessibility links

Polis 12 kiloqram narkotik tutub


Narkotik
Narkotik

Polis yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakının Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi Bakı şəhər sakini Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin, Biləsuvar Rayon Polis Şöbəsi Cəlilabad rayon sakini Zaur Məmmədova məxsus 8 kiloqram 520 qram tiryək, Quba Rayon Polis Şöbəsi rayon sakini Yadigar Əlizadədən 321 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsi Bakı şəhər sakini Vurğun Abdulovdan 453 qram, Zaqatala Rayon Polis Şöbəsi rayon sakini Elgüc Ağaməmmədovdan 456,9 qram marixuana aşkar edərək götürüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

XS
SM
MD
LG