Accessibility links

Gömrükçülər İrandan gətirilən narkotiki tutub


Narkotik-həşiş qətranı
Narkotik-həşiş qətranı

Azərbaycan gömrükçüləri ölkə ərazisinə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısını alıb.

Dövlər Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsnin məlumatına görə, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində (İranla sərhəd, Bakıdan 258 kilometr cənub-qərb ) narkotik qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşı Mahir Eyvazov və İran vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşiş qətranı ilə saxlanılıb.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 və 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma — külli miqdarda törədildikdə) maddələriilə cinayət işi başlanıb.

Hər iki şəxsə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG