Accessibility links

Azərbaycanın adı yenə narkotik qaçaqmalçılığında hallanır


Heroin
Heroin

Rumıniyada Ukrayna ərazisindən Qərbi Avropaya gedən 333 kiloqram heroin daşıyan iki yük maşını saxlanılıb, xəbəri Associated Press yayıb.

İyulun 29-da heroin yük maşınlarında aşkar edilib, onlardan biri Macarıstana, digəri isə Rumıniyanın Bıstritsa şəhərinə gedirdi. Narkotiklərdən biri itlərin aşkar etməməsi üçün üstü bibərlə örtülmüşdü.

İşlə bağlı iki Türkiyə və iki Rumıniya vətəndaşı saxlanılıb. Rumıniyanın polis şefi Klaudiu Kukunun sözlərinə görə, onlar 2011-ci ildən müşahidə altında idilər.

Heroini, çox güman ki, Əfqanıstanda istehsal ediblər.

Öz növbəsində, RİA agentliyi bildirib ki, narkotik Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Ukraynadan keçirilib.

İyunun 12-də Ukraynanın Təhlükəsizlik Xidməti Türkiyədən bitum rulonlarla (ruberoyd) bərə ilə Odessaya gətirilmiş 500 kq heroin müsadirə edib

2014-cü ilin iyulunda Azərbaycandan Gürcüstana daxil olarkən yuyucu vasitə adı altında kanistrlərə doldurulmuş 600 kq maye heroin, morfin və kodein daşıyan yük maşını saxlanılıb.

ABŞ Dövlət Departamentinin hesabatlarına əsasən, Azərbaycan Əfqanıstan narkotiklərinin Avropaya tranziti həyata keçirilən ölkələrdən biridir. Bu tranzitin illik həcmi onlarla tonla qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG