Accessibility links

Narkotikdən istifadə edən məşhurlar (video)


Narkotik maddədən istifadə nəticəsində Uitni Hyuston və Maykl Cekson kimi məşhurların ölümü həm şoubiznesdə həm də şoubiznes aləmindən kənarda ictimai diqqəti narkotika və spirtli içkidən istifadəyə yönəldib.

Aktyor və musiqiçilərin narkotikadan istifadə nəticəsində keçinmələri haqda şokedici hekayələrlə tanışıq.

Fevral ayında kokain Uitni Hyustonun ölümünə səbəb oldu.

“Dark Knight” filmi də daxil olmaqla bir çox filmlərdən tanıdığımız aktyor Hit Lecer 2008-ci ildə reseptlə aldığı dərmanı yüksək dozada qəbul etdikdən sonra keçindi.

2009-cu ildə Maykl Ceksonun həkimi ona ölümcül dərəcədə ağrıkəsən Propofol dərmanı təyin etdikdən sonra o vəfat edir. Narkotik maddələrdən istifadənin ümumiyyətlə ictimayyət arasında geniş yayılmasına baxmayaraq məhz artistlər narkotik maddələrə daha həssasdırlar. Uzun səyahətlər və səhnədə gərgin anlar onları narkotik maddələrə daha çox sövq edir.

Bob Forrest musiqiçidir.

Bob Forest: “Çoxlu məyusedici məşqlər, səyahətlər, cansıxıcı anlar, bir yerdə uzun müddət oturmaq, heç bir işlə məşğul olmamaq kimi başqa bir çox faktorlar var. Məsələn mən və mənim dostlarımın əksəriyyəti həddən artıq spirtli içki içməklə bu faktorlara qarşı mübarizə aparırdıq.

Narkotika və spirtli içki artistlər üçün olduqca təhlükəlidir deyə, Səsyazma Akademiyasının prezidenti Neli Portnou bildirir.

Neli Portnou: “Uzun müddət bu növ sakitləşdiricidən istifadə edən bəzi insanların orqanizminə artıq az doza təsir etmir və karyeralarında daha da çox uğur əldə etmək istəyən artistlər daha çox işləmək üçün qəbul etdikləri narkotik maddədən istifadəni intensivləşdirirlər. Bundan başqa bəzən insanlar daha gənc yaşlarında bu maddələrdən istifadəyə başladıqlarından orqanizmləri narkotik maddəyə tab gətirə bilmir.”

Həkim Carliz Sofi məşhur adamların sağlamlığı ilə məşğul olan psixiatrdır. O, bəzi aktyorların emosional problemlərlə də üzləşdiyini deyir.

Carliz Sofi: “Narahatlıqmıdır? Əhval pozuntusudur? Bəlkə diqqətsizlikdir? Ola bilsin ki, onların yaradıcılq işlərində belə uğurlu olmalarının səbəbidir, hər nədirsə eyni zamanda onlara əngəl törədir.”

Billi Morrison gitaristdir. O, bir vaxtlar narkotikadan istifadənin populyar olduğunu düşünürdü. Billi əldə edilməsi çətinləşən və populyarlığı yox olmaq üzrə olan narkotik maddələrin şoubiznes aləmində başqa sahələrdən daha çox rol oynadığını deyir. Musiqi biznesi narkotika və son vaxtlarda onun səbəb olan ölüm hallarından çox zərbə alıb.

Lakin MusiCares təşkilatının Musiqiçi Yardım proqramının nümayəndəsi Harold Ouens bu problemin həll oluna biləcəyini deyir.

Harold Ouen: “Menecerlər, agentlər ulduzları ilə maraqlanmalıdırlar. Onların artistləri narkotika düşkünüdürlər və onlara yol göstərən lazımdır.”

O, deyir ki, MusiCares artistlərə müalicə almağa kömək edir. Narkotika düşkünü olan ulduzlarla işləyənlər müalicənin çox zaman ömürlük proses olduğunu deyirlər.

XS
SM
MD
LG