Accessibility links

Narkotikdən istifadəyə görə ölüm halları kəskin artıb


.
.

Bu, 50 yaşdan aşağı amerikalılar arasında ən çox yayılmış ölüm növüdür

2016-cı ildə ABŞ-da narkotik maddələrin səbəb olduğu ölüm sayı 60 min olmaqla tarixdə ən yüksək həddinə çatıb. 2017-ci ildə də bu say sürətlə artmaqda davam edir.

Baş prokurorun müavini Rod Rozenşteyn bildirib ki, artıq dozadan ölüm halları 50 yaşdan aşağı amerikalılar arasında ən çox yayılmış ölüm növüdür.

2 milyondan artıq amerikalı xroniki ağrılardan əziyyət çəkdiyi üçün resept əsasında leqal ağrıkəsicilərdən istifadə edirlər. Amma uzun müddət bu dərmanlardan istifadə etmək onlarda ağrıkəsicilərə qarşı asılılıq yaradır.

Opioid böhranının ən təhlükəli tərəfi ondan ibarətdir ki, qeyri-leqal yolla hazırlanmış, lakin güclü effektə malik Fentanil kimi təhlükəli ağrıkəsicilər sürətlə məhşurlaşmağa başlayır. Bu problemin ən pis tərəflərindən biri də odur ki, artıq dozadan əziyyət çəkən insanı xilas etməyə çalışan polis və tibb işçiləri də bundan zərər görə bilər.

Rəsmilərin bildirdiyinə görə, ilk köməyə gələn insanlar bir müddət sonra xəstələnir, nəfəs almaqda çətinlik çəkir və hətta bəzilər huşunu itirir.

Lissabonda Avropa üzrə Narkotik Asılılığı Monitorinqi Mərkəzinin verdiyi hesabatda bildirilir ki, keçən il Amerika ilə yanaşı Avropada da narkotik vasitələrdən ölənlərin sayı 6 faiz artıb.

Mərkəz bir çox ölkələrdən gələn hesabatların gecikməsi və ya sistemli olaraq az göstərilməsini nəzərə alaraq həqiqətdə ölüm sayının daha yüksək ola biləcəyi barədə narahatlığını bildirib.

XS
SM
MD
LG