Accessibility links

İrandan narkotik gətirənlər tutulub


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

DSX-nin mətbuat mərkəzinin məlumatına görə, noyabrın 24-də Astara rayonunun Oruc­məhəllə kəndi (Bakidan 320 kolometr cənub) yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhə­ddinin pozulmasına cəhd edilib. Hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan­ıb.

İran vətəndaşları Sasanian Vəhdət və Qəvipur Xotpesaranın üzərindən 2 kiloqram 355 qram heroin, 3 kiloqram 10 qram tiryək, 355 qram "Metamfetamin" və 993 ədəd psixotrop dərman preparatı olan "Metadon" həbi aşkar olun­ub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG