Accessibility links

NASA kosmosa səyahət üçün GPS hazırlayır [Video]


NASA kosmosa səyahət üçün GPS hazırlayır
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Su, quru və ya hava vasitəsilə səyahət edən insanlar peykə əsaslanan naviqasiya sistemindən istifadə edir. Bu sistem GPS kimi tanınır və buradakı G-global yəni qlobal deməkdir. Çox yaxında isə NASA alimləri qlobal sözünü qalaktik sözü ilə əvəzləmək üçün eksperitmerntlər keçirməyə başlayacaq. Bunun üçün isə onlar mövqe təyinetmə siqnalları olaraq pulsar kimi tanınan neytron ulduzlardan istifadə edəcək.

Cümə günü Beynəlxalq Komsik Stansiyaya göndərilən Draqon kosmik yük gəmisi kosmos tədqiqatı tarixində gələcək interstellar, yəni ulduzlararası naviqasiya sisteminin başlanğıcını qeyd edə bilər.

Siz tez-tez peyklər və GPS-in kosmik seqment olduğunu eşidirsiniz. Bizim üçün bu kosmik seqment pulsarlardır və atom saatına çevrilir. Onların siqnalları unikaldır. Biz isə bu siqnalları izləyib, yenidən quraşdıra, daha sonra isə naviqasiyanı yeniləmək üçün onlardan ölçü vahidi kimi istifadə edə bilərik.
Ceyson Mitçel

Təzə təchizatlarla birlikdə, Dragon Beynəlxalq Kosmik Stansiyaya Nicer adlı xüsusi teleskop daşıyır. Bu teleskop müəmmalı uduzlara yaxından izləyəcək.

Bu ulduzlar kiçikdirlər, bir-birlərindən 15-20 kilometr məsafədə yerləşirlər, amma onların tutumu iki günəş həcminə bərabərdir. Belə ki, neytron ulduzunun bir çay qaşığı 10 milyon tona bərabərdir.

Bununla bərabər neytron ulduzlar bir başqa maraqlı və faydalı xüsusiyyətə sahibdir.

Onlar cənub və şimal qütblərindən güclü x-ray şüarları buraxır. Neytron ulduzlar müntəzəm olaraq son dərəcə yüksək sürətdə fırlandıqları üçün, bu şüarlar bizim istiqəmətə işıq saçanda, biz onları yanıb-sönən siqnallar kimi görürük.

Bu siqnalların müntəzəmliyi və dəqiqliyi, eləcə də Yer kürəsinə nisbətdə sabit mövqedə olmaları onları GPS peyklərinə bənzədir.

SEXTANT adlı bu eksperimentdə alimlər pulsarlardan dəqiq ulduzlararası naviqasiya üçün istifadə etməyin mümkün olub-olmadığını araşdıracaqlar.

NICER teleskopu
NICER teleskopu

“Siz tez-tez peyklər və GPS-in kosmik seqment olduğunu eşidirsiniz. Bizim üçün bu kosmik seqment pulsarlardır və atom saatına çevrilir. Onların siqnalları unikaldır. Biz isə bu siqnalları izləyib, yenidən quraşdıra, daha sonra isə naviqasiyanı yeniləmək üçün onlardan ölçü vahidi kimi istifadə edə bilərik”, deyə SEXTANT layihəsindən Ceyson Mitçel bildirir.

Gələcəkdə başqa planetlərə səyahət edən astronavtlar üçün Yer kürəsi ilə rabitənin kəsilməsi çox təhlükəli ola bilər, buna görə də, onların dəqiq yerlərini müəyyən edə bilmək olduqca vacibdir.

NICER/SEXTANT layihəsi qeyri-kommersiya təşkilatı olan Ali Kosmik Araşdırma Assosiasiyasının alimlərinin əməkdaşlığı ilə NASA tərəfindən inkişaf etdirilib. Layihənin 18 ay davam eəcəyi gözlənilir. Bundan sonra isə teleskop tədqiqat üçün bütün dünyada istifadəyə açıq olacaq.

XS
SM
MD
LG