Accessibility links

NASA 1300-ə yaxın yeni planetin aşkar edildiyini bildirir


NASA günəş sisteminin xaricində 1300-ə yaxın planetin aşkar edildiyi haqda məlumat verib. Bu planetlərdən doqquzu həyatın təmin edilməsi üçün öz ulduzları ətrafında orbitdədir.

ABŞ-ın aeronavtika agentliyi Kepler Fəza Teleskopunun yeni statistik təhlillərə əsasən fəzada mümkün 4300 planet arasında1284 yeni planeti təsdiq etdiyini açıqlayıb.

NASA-nın astrofizika üzrə direktoru Pol Hertz bildirib ki, bu araşdırma alimlərə digər planetlərdə həyatın olub-olmadığını müəyyən etməsinə kömək edəcək.

NASA rəsmiləri bildirib ki, tədqiqatçı alimlər yeni statistik təcrübə metodundan istifadə edərək, Kepler teleskopunun məlumat bazasında olan minlərlə fəza cismini təhlil edib.

Tədqiqatlar göstərir ki, planletlərin parlaqlığının dəyişməsi Yer Kürəsi günəş ətrafında fırlandığı kimi, onların da öz ulduzu ətrafında dövrə vurduğuna işarə edir.

Yeni planetlər arasında 550-nin Yer kürəsi kimi qayalıq quruluşa malik olduğu ehtimal edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG