Accessibility links

Neşvil şəhəri yaxınlığında silahlı şəxs 3 nəfərin həyatına son qoyub


Tennessi ştatının Neşvil şəhəri yaxınlığında silahlı şəxs 3 nəfərin həyatına son qoyub. Lüt şəkildə insanları atəşə tutan şəxs 4 nəfəri yaralayıb.

Polisin bildirdiyinə görə, saat 3:30-da Waffle House restoranına həmin şəxs AR-15 tipli silahla daxil olub.

Neşvil polisinin Twitter hesabında bildirilir ki, hücumçu restoran sahiblərini hədəf alıb. Lakin onlardan biri silahı həmin şəxsin əlindən almağa çalışsa da, o, qaçmağa nail olub.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Daha əvvəl hücumçu polis tərəfindən axtarılırdı.

Yerli medianın bildirdiyinə görə, yaxınlıqdakı ikinci atışma ilə bu hücum əlaqəli ola bilər.

İctimaiyyətə hücumçunun olduqca təhlükəli və hələ də silahlı ola biləcəyi barədə xəbərdarlır verilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG