Accessibility links

Nasir Xülusi Təbrizdə saxlanılıb


Nasir Xülusi
Nasir Xülusi

Milli fəal Nasir Xülusi dekabrın 14-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata istinadən, türk fəalın maşını təhlükəsizlik qüvvələri tərəfindən durdurularaq saxlanılıb. Onun Təbrizin Ettelaat İdarəsinin həbsxanasına köçürüldüyü bildirilir.

Təbriz sakini olan Xülusi daha əvvəl 2017-ci ilin yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən 3 həftə nəzarət altına alınmışdı. Nasir Xülusiyə nəzarət altında dindirilirkən işkəncə verildiyi qeyd edilmişdi. O, “milli təhlükəsizliyi pozmaq” və “rejimə qarşı təbliğat” aparmaq ittihamları ilə üzləşmişdi.

Təbrizli fəal 2017-ci ilin iyun ayında Urmiyə məhkəməsi tərəfindən 6 il həbsə məhkum edilmişdi. Təbriz mərkəzi həbsxanasında 4 ay həbs cəzasından və apellyasiya məhkəməsinin hökmündən sonra o, şərti azadlıq qanunu ilə azadlığa buraxılmışdı.

Araz News saytının yayımladığı məlumata istinadən, hal-hazırda Təbriz Ettelaat İdarəsinin həbsxanasında 9 milli fəal nəzarət altında saxlanılır. Əkbər Mühaciri, Şahin Bərzigər, Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri, Höccət Muxtarzadə, Babək Hüseyni Müqəddəm və Ruzbeh və Yaşar Piri bir aydır ki Təbriz təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıblar.

XS
SM
MD
LG