Accessibility links

Qaçqınlar dil dərsləri verir [Video]


Suriya qaçqınları nəinki gəldikləri yeni ölkə, bu ölkənin mədəniyyəti və dilinin öyrənmək kimi problemlərlə üz-üzə gəlir, onlar həm də işlə təmin edilməlidir. Sən demə ərəb dilini tərcümə artıq əlavə gəlir deməkdir.

Bir qrup nyu-yorklu ərəb dilini öyrənir. “Üz-üzə söhbət etməkdən yaxşı nə ola bilər” deyə, Nyu-York universitetinin tələbəsi Leyla Quran bildirir.

Və sizin müəlliminiz Suriyadan qaçqındırsa, sizin danışmağa sözünüz var.

NaTakallam platformasının icraçı direktoru Alin Sara: “Biz elə insanlarla işləyirik ki, onların həyatlarında bizim təsəvvür belə edə bilmədiyimiz hadisələr olub.”

Bu günün müəllimləri İtaliyadadır. Dil mübadiləsini Nyu-Yorkda fəaliyyətə başlayan "Natakəlam" mümkün edib. “NaTakallam dil öyrənmək istəyənıləri bir araya gətirən Online dil platformasıdır və burada əsasən yurdlarından didərgin düşən ərəblərin dilinə böyük maraq var” deyə Alin Sara bildirir.

Saatı 15 dollar olmaqla, tələbə Skype vasitəsilə Qayat kimi müəllimlərlə ərəb dillində söhbət edə bilir. “Biz gündəlik həyatdan, maraqlardan, mənim həyatımdan, onların həyatından, baş verənlərdən, son xəbərlərdən danışmağa qərar verdik.”

Tələbələrın dil öyrənmək üçün müxtəlif səbəbi var. Onlar ya universitetlərdə dillə əlaqəli dərslər alır, ya da xaricə səfərlər planlaşdırır.

İtaliyada məskunlaşan Qayata NaTakallam kurslarında dərs demək pul qazanmaq üçün lazımdır. “Mən ingilis dilində orada da danışırdım. Bu, mənə iş tapmama yardım etdi. Lakin ingilis və ya italyan dilini bilməyən insanlar üçün iş tapmaq çox çətindir.”

NaTakallam eləcə də anlamaq imkanı verir. Qayat: “Mən həmişə deyərdim, NaTakallam mənim dünyaya pəncərəmdir və mən hər gün həmin kiçik pəncərədən dünya ilə tanış oluram.”

Alin Sara: “Dünyanın qaçqınlar haqdakı fikirləri dəyişməlidir. Onlara göstərmək lazımdır ki, qaçqınlar da hamı kimidir və onların da paylaşmağa nələri isə var.”

Tələbələr üçün isə bu, onların bunu heç bir kitabda tapa bilməyəcəkləri mədəni mübadilədir.

XS
SM
MD
LG