Accessibility links

Natalia Nozadze: Amnesty İnternational-ın Azərbaycanla bağlı narahatlıqları bütün sivil hüquqlara aiddir


Natlia Nozadze ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:54 0:00

Beynəlxalq Amnesty International hüquq-müdafiə təşkilatı 2015/2016-cı illərdə dünyada insan haqlarına dair hesabatını açıqlayıb. Təşkilat hesabatın Azərbaycanla bağlı hissəsində sivil cəmiyyət və fərqli düşüncə üzərinə hücumların davam etdiyini bildirir. Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Natalia Nozadze Amerikanın Səsinin “Amerika icmalı” proqramında Skype müsahibəsi zamanı hesabatın Azərbaycanla bağlı hissəsini şərh edib.

Natalia Nozadze hesabatda narahatlıq doğuran əsas məsələlərdən danışıb: ”Amnesty International-ın narahatlıqları Azərbaycanda bütün sivil hüquqlara aiddir. Buraya söz və ifadə azadlığı, sərbəst toplaşma və birləşmə azadlığı daxildir. Son iki ildə Azərbaycan ölkədə sivil cəmiyyət sektorunu effektiv şəkildə aradan qaldıra bilib. Aparıcı QHT-lər bağlanıb, onların rəhbərləri saxta ittihamlarla həbs edilib, müstəqil jurnalistlər də təqib edilib və saxta ittihamlarla qarşılaşıb, hədələnib və təzyiqə məruz qalıb. Onaların çoxu ölkəni tərk etmək məcburiyyətində qalıb. Yerdə qalan parlaçanmış müxalifət zəiflədilib, çünki onların liderləri təqib olunub, həbs ediliblər. Onların tərəfdarları da hədələnib və qorxudulub. Birləşmə azadlığına gəldikdə Azərbaycanla bağlı uzun müddətdir narahatlıq mövcuddur, çünki insanların azad çəkildə toplaşıb hökumətin siyasəti ilə razı olmadığını bildirməsi qadağan edilib. İnsanlar istədikləri yerdə toplaşa bilməz. Başqa şəhərlərə gəldikdə bizə bildiriblər ki, insanların ictimai aksiyaları adətən qeyri-proporsional və ifrat gücdən istifadə edən polis tərəfindən dağıdılıb.”

Amnesty International keçən il Avropada və keçmiş Sovet İttifaqı ölkələrində insan haqları sahəsində vəziyyətin çox mürəkkəb olduğunu bildirib. Natalia Nozadze Azərbaycandakı vəziyyətin qonşu ölkələr, xüsusilə də post sovet məkanında ölkələrlə necə müqayisə edilə biləcəyi haqda sualın cavabında bildirib: ”Amnesty International ölkələri kateqoriyalara və ranqlara ayırmır. Lakin qeyd etdiyimiz kimi Azərbaycanda insan haqları ilə bağlı vəziyyət son illərdə kəskin şəkildə pisləşib. Biz azı 18 nəfəri vicdan məhbusu hesab edirik. Bu insanlar sadəcə hökuməti tənqid etdiklərinə görə, öz etirazlarını dinc və legitim yolla etdiklərinə görə həbs ediliblər. Nəticədə jurnalistlər, hüquq müdafiəçiləri və fəallar sadəcə söz azadlığı hüququndan istifadə etdiklərinə görə həbsxanada dəmir barmaqlıqlar arasındadır.

Natalia Nozadze təşkilatın Azərbaycanda sivil cəmiyyət fəalları ilə əlaqə qura bilməsinin çətin olduğunu qeyd edib: “Azərbaycanda sivil cəmiyyətlə əlaqə qurmağımız getdikcə çətinləşir. Birincisi, əvvəl də qeyd etdiyim kimi ona görə ki, Amnesty International-ın illərdir əməkdaşlıq apardığı aparıcı vətəndaş cəmiyyəti nümayəndələri və insan haqları müdafiəçiləri həbsxanadadır, ya da dövlət əmlakının mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə kimi saxta ittihamlarla əlaqədar istintaqla qarşılaşdıqları üçün QHT-ləri bağlayıb fəaliyyətlərini dayandırmalı olublar. Az sayda QHT nümayəndəsi, ya da müstəqil jurnalist qalır. Lakin onlar da hədələr və təqiblər qarşısında öz tənqidi səslərini ucaltmamaq kimi seçim etməli olub. Başqa tərəfdən, Azərbaycanda sivil cəmiyyətin hələ də fəal olduğu haqda təsəvvür yaratmaq üçün hökumət öz tərəfindən maliyyəşdirdiyi “QHT-lər”i dəstəkləməyə və onlara maliyyə yardımı etməyə davam edir. Biz onları Avropa Şurası, PACE kimi qurumların tədbirlərində görürük. Beləliklə, hökumət QHT-lərə qarşı repressiyalar və onların tamamilə aradan götürülməsi faktını gizlədir.”

Natalia Nozadze Amnesty International-ın Azərbaycan hökumətindən həbs edil vətəndaş cəmiyyəti fəalları və jurnalistləri azad etməsini istədiyini deyib: ”Bu hesabatda Azərbaycanda son il ərzində vəziyyətlə bağlı əsas narahatlıqlar əks olunub. Bu narahatlıqlar özünü bizim keçən il açıqladığımız hesabatda, eləcə də verdiyimiz bəyanatlarda öz əksini tapıb. Biz narahatlığımızı bildirməklə qarşıya bir neçə məqsəd qoymuşuq. Birincisi, biz hökumətin öz fikirlərini ifadə etdiklərinə görə ədalətsiz şəkildə həbs edilmiş insanları azad etməsini istəyirik. Biz Azərbaycan hökumətindən QHT-lərə qarşı məhdudiyyətləri yüngülləşdirməsini, azad cəmiyyətin qorxu və təqiblərə məruz qalmadan fəaliyyətinə imkan verməsini istəyirik. Nəhayət biz hökumətdən Amnesty International kimi müstəqil beynəlxalq insan hüquqları müdafiə qruplarının ölkəyə gəlib araşdırma aparıb işləməsinə imkan verməsini istəyirik. İllik hesabatımızdan bildiyiniz kimi bizim ölkəyə gəlişimizə qadağa qoyulub və bizim bir işçimiz Bakıda beynəlxalq hava limanında ölkədən deportasiya edilib. Azərbaycanda insan hüquqlarının müstəqil monitorinqini aparıb bu haqda məlumat vermək qeyri-mümkündür.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG