Accessibility links

Hesabat: Veselnitskaya hökümət ilə iş aparıb


Kremlin-linked lawyer Natalia Veselnitskaya speaks to journalists in Moscow, Russia, July 11, 2017.
Kremlin-linked lawyer Natalia Veselnitskaya speaks to journalists in Moscow, Russia, July 11, 2017.

Sürgündə olan rusiyalı maqnatın təsis etdiyi təşkilat Rusiyanın hökümət rəsmiləri ilə 2016-ci ildə Donald Tramp oğul ilə görüşən ruisyalı vəkilin birgə iş apradığını göstərən emailləri ələ keçirib.

Dossier təşkilatı bildirir ki, onlara göndərilən emaillər onu göstərir ki, Natalya Veselnitskaya bir müştərisinə qarşı ABŞ-da açılan saxtakarlıq işində onu müadifə etmək üçün Rusiyanın baş prokurluğundakı bir rəsmi ilə yaxın əməkdaşlıq edib.

Veselnitskaya o zaman prezidentliyə namizəd olan Donald Trampın oğlu, kürəkəni və kampaniya meneceri ilə görüşündən bəri Kreml ilə hər hansı əlaqəsinin olduğunu inkar edib.

Həmin görüş Donald Tramp oğul Veselnitsakayanın əlində Trampın seçidəki rəqibi Hillari Klintonun əleyhinə məlumatın olduğunu biləndən sonra baş tutub.

Veselnitskaya Moskvada tanınmış və çoxlu əlaqələri olan bir vəkildir, lakin onün hökümətlə olan əlaqələri tam aydın deyil.

Dossier Kremlin tənqidçisi, maqnat Mixail Xodorkovskiyə məxsusdur.

XS
SM
MD
LG