Accessibility links

Natiq Cəfərli: Mal və xidmətlər bahalaşacaq [Video-Müsahibə]


Natiq Cəfərli: Mal və xidmətlər bahalaşacaq
please wait

No media source currently available

0:00 0:06:03 0:00

Natiq Cəfərli: Mal və xidmətlər bahalaşacaq

İqtisadçı ekspert Amerikanın Səsinə müsahibəsində qiymət artımının fəsadlarından danışıb

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində hökumətin qiymət artımı qərarının doğuracağı fəsadlardan danışıb.

Amerikanın Səsi: Hökumətin qəflətən, əhalini xəbərdar etmədən qiymət artımına getməsinin səbəbi nədir?

Hökumət təbii inhisarlarda islahatlar aparmaq əvəzinə, onların işini yaxşılaşdırmaq əvəzinə bütün yükü vətəndaşların çiyininə qoydu.

Natiq Cəfərli: Təbii ki, əsas səbəb ölkənin gəlirlərinin azalması və büdcədə yaranan problemlərdir. Hökumət ya struktur islahatlarına gedib təbii inhisarlarda ixtisarlar aparmalı, onların işini optimallaşdırmalı və itkiləri azaltmaq yolu tutmalı, ya da qiymət artımına getməli idi. Görünən odur ki, hökumətin prioriteti çox təəssüf ki, bütün yükün vətəndaşların çiyninə yüklənməsi kimi bir qərar oldu. Ona görə təbii inhisarlarda islahatlar aparmaq əvəzinə, onların işini yaxşılaşdırmaq əvəzinə bütün yükü vətəndaşların çiyininə qoydu. Yəni, əsas səbəb büdcədə yaranmış problemlər idi.

Amerikanın Səsi: Qiymət artımının doğuracağı iqtisadi, siyasi və sosial fəsadlar nə ola bilər?

Bir müddət sonra kiçik və orta sahibkarlara, kənd təsərrüfatına, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrinə bu qiymət artımının təsirləri haqqında da geniş müzakirələr olacaq.

Natiq Cəfərli: Azərbaycanda hələ ki, əsasən vətəndaşlara dəyən ziyan haqqında müzakirələr aparılır. Ailələrin işıq və qaz xərclərini artırmaq haqqında çox diskussiyalar gedir. Amma, bir müddət sonra kiçik və orta sahibkarlara, kənd təsərrüfatına, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrinə bu qiymət artımının təsirləri haqqında da geniş müzakirələr olacaq. Çünki, mal və xidmətlərin maya dəyəyrində enerji daşıyıcılarının həcmi təqribən 20-30 faiz təşkil edir. Yəni, əgər qazın qiyməti iki dəfəyə yaxın artırsa, elektrik enerjisində 57 faiz artım müşahidə olunursa, təbii ki, bu mal və xidmətlərin maya dəyərinin bahalaşmasına səbəb olacaq. Bir müddət sonra artıq kənd təsərrüfatı məhsullarından tutmuş ərzaqa, xidmət sahələrinə, kafe və restoranlara qədər bir çox sahələrdə sürətli qiymət artımını müşahidə edəcəyik. Ən pis şərait istixanalarda olacaq. İstixanalarda qazın və elektrik enerjisinin işlədilməsi kifayət qədər yüksək səviyyədədir və orada tərəvəzləri yetişdirən fiziki şəxslər daha çox ziyan görəcəklər. Məcburən öz məhsullarının qiymətini kifayət qədər yüksək həcmdə artırmalı olacaqlar. Bu həm də ona görə pisdir ki, Azərbaycan hökuməti kənd təsərrüfatını guya prioritet elan edib. Kənd təsərrüfatı məhsullarının ixracatına çalışırdı. İstixanalarda məhsulun maya dəyərinin artması Azərbaycan məhsullarının rəqabət qabiliyyətini xeyli dərəcədə zəiflədəcək, qiymətlərin yüksək səviyyədə olması ətraf bazarlarda bizim məhsulların digər məhsullara uduzmasına səbəb olacaq. Yəni bir çox hallarda qərarın uzunmüddətli fəsadlarını daim görəcəyik və hiss edəcəyik.

Amerikanın Səsi: Hökumət neqativ fəsadlardan qaçmaq üçün hansı qabaqlayıcı tədbirlər görməlidir?

2017-ci il büdcə parametrlərinə və büdcə xərclərinə baxdıqda görürük ki, bunun üçün heç bir vəsait nəzərdə tutulmayıb

Natiq Cəfərli: Əslində, hökumətin əlində olan rıçaqlar kifayət qədər çoxdur. Sadəcə bundan istifadə etməyi bacarmaq, bunun üçün, kiçik, orta, uzun müddətli proqramlar hazırlamaq lazımdır. İnsanın ağlına ilk gələn vətəndaşların maaşlarının və təqaüdlərinin artırılmasıdır. Amma, büdcədə yaranmış problemlər hökumətə bu yöndə addımlar atmaqda çətinliklər yaradır. Çox böyük gözlənti formalaşıb ki, qiymət artımından sonra hökumət təqaüd və maaşları artıracaq. 2017-ci il büdcə parametrlərinə və büdcə xərclərinə baxdıqda görürük ki, bunun üçün heç bir vəsait nəzərdə tutulmayıb. İndiki variantda heç bir vəsait yoxdur. Yeganə, nə ola bilər?Çoz güman ki, bu baş verəcək. Yanvar ayının 1-dən təqaüdlərin baza hissəsi və büdcədən maaş alan insanların maaşları rəsmi infliyasiya səviyyəsi qədər indeksləşəcək. Bu da təqribən 12 faiz civarındadır. Yəni ən yaxşı halda bu qədər yüksək sürətlə artan qiymətlərin fonunda maaşların və pensiyaların 12 faiz civarında artması gözlənilir. Başqa addımlar, hələlik büdcədə nəzərdə tutulmayıb və büdcənin kifayət qədər kiçik həcmdə olması hökumətə böyük önləyici tədbirlərin görülməsinə mane olur. Digər sahələrdə isə hökumət addımlar atmaq istəmir. Dgər sahələrdə addımlar, - bu struktur isalahatlarıdır, idarəetmənin effektivliyinin artırılmasıdır. Çox təəssüfki hələlik hökumət bu istiqamətdə heç bir addım atmır.

Amerikanın Səsi: Manatın ucuzlaşması fonunda hökumətin qiymətləri qaldırması və əmək haqlarının, müavinətləri sabit saxlanması ölkədə sosial sülühü gərginləşdirə bilərmi?

Bununla yanaşı, insanların iş yerlərini itirməsi prosesini görürük. Bu proses də kifayət qədər sürətlənəcək.

Natiq Cəfərli: Təbii ki, sosial gərginlik artacaq. Çünki, enerji daşıyıcılarının qiymət artımına paralel olaraq manatın da dəyərdən düşməsi əsasən idxal mallarına, həm də yerli istehsal adı altında bizim bazarda olan, amma xammalının böyük əksəriyyəti xaricdən gələn yerli məhsulların qiymətinin artımına da kifayət qədər böyük təsir göstərəcək. Yəni paralel olaraq həm manatın dəyərdən düşməsi, həm enerji daşıyıcılarının qiymətinin qalxması qiymət artımının sürətini artırdıqca insanların sosial vəziyyəti gərginləşəcək. Bununla yanaşı, insanların iş yerlərini itirməsi prosesini görürük. Bu proses də kifayət qədər sürətlənəcək. Çünki mal və xidmətlərin qiymətləri artdıqca ticarət dövriyyəsi zəifləyir, ticarət dövriyyəsi zəiflədikcə iş yerlərində ixtisarlar güclənir. Yəni iş yerlərinin azalması, gəlirlərin azalması və bunun fonunda kifayət qədər sürətlə artan qiymətlər sosial gərginliyi artıracaq. Təəssüf ki, Azərbaycan hökuməti hələlik düşünür ki, əlində olan güc strukurları vasitəsi ilə sosial gərginliyi idarə edə bilər. Amma, elə bir situasiya yarana bilər ki, (təbii heç birimiz bunu istəmirik) vəziyyət xaotik duruma gedə bilər. Hökumət indidən bu barədə düşünməli və təhlükəsizlik qanadı ilə deyil, iqtisadi qanadla, normal islahatlar yolu ilə ciddi tədbirlər görməyi bacarmalıdır və bu yolla getməlidir. Amma. təəssüf ki, bu yöndə ciddi addımların olacağını düşünmürəm. Çünki hökumətin düşüncə, yanaşma tərzi buna imkan vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG