Accessibility links

Cens Stoltenberq : Rusiyanın hərbi mövcudluğunu artmasına müqavimət göstərilməlidir


NATO-nun baş katibi Rusiyanın Baltik dənizindən Aralıq dənizinədək hərbi mövcudluğunu artmasına müqavimət göstərilməsinin vacibliyini vurğulayıb.

NATO-nun Portiqaliyada keçirdiyi müharibə oyunlarında danışan Cens Stoltenberq bildirib ki, Rusiya Kalininqrad, Qara dəniz və Aralıq dənizinin şərqində hərbi mövcudluğunu artırmaqla, əsas bölgələrə çıxış əldə edərək, Amerika və onun regiondakı müttəfiqlərinin bu bölgələrə çıxışını məhdudlaşdırır.

Stoltenberq NATO-nun öz missiyalarını həyata keçirməsi üçün effektiv şəkildə bütün bunlara müqavimət göstərəcəyini deyib.

NATO-nun baş katibi bildirib ki, hazırkı manevrlər alyansın özünümüdafiəsinə və hər bir təhdidə hazır olduğuna işarədir.

Son 3 həftədir NATO-ya müttəfiq ölkələrin 36 min əsgərdən ibarət hərbi qüvvəsi İtaliya, İspaniya və Portuqaliyada keçirilən hərbi təlimlərdə iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG