Accessibility links

NATO Əfqanıstana əlavə qüvvə göndərmək fikri ilə razılaşıb və Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis alyansın müharibənin getdiyi bu ölkədəkı missiyasını yerinə yetirmək məqsədilə artıq tələb olunan boşluğun təxminən dörddə birini doldurub.

Yens Stoltenberq
Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq alyansın “Qətiyyətli dəstək” missiyasının yerinə yetirilməsində 15 dövlətin Əfqanıstana əlavə qüvvə göndərməyə razı olduğunu və digər dövlətlərdən də cavab gözlənildiyini deyib.

Stoltenberq Brüsseldə müxbirlərlə görüşü zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlimlər keçmək və yardım etmək məqsədilə əlavə əsgəri qüvvə göndəriləcəyini desə də, əsgərlərin sayı barədə məlumat verməyib.

ABŞ müdafiə naziri Ceyms Mattis
ABŞ müdafiə naziri Ceyms Mattis

Birləşmiş Ştatların müdafiə naziri eləcə də, Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün beynəlxalq missiyanın lazım olan boşluqları doldurulması yolunda addımlar atdığını bildirib. “Biz boğluğun 70 faizini doldurduq və burada eşitdiklərimdən sonra qalan boşluqların da doldurulacağı fikrinə nikbin yanaşıram” deyə, Mattis bildirib.

Nazir NATO müttəfiqlərinin təkliflərinə, habelə Əfqanıstandan qayıtdıqdan sonra general Cozef Danfordun tövsiyələrinə əsasən yekunlaşdırdığı strateji təklifi prezident Trampa təqdim edəcəyini deyib.

Bu strategiyada əsas diqqət təhlükəsizliyin Əfqanıstan hərbi qüvvələrinin əlində olması üzərində mərkəzləşib. Təhlilçi Maykl Ohanlonun dediyinə görə, 2011-ci ilin may ayında Əfqanıstandakı Amerika əsgərlərinin sayının 100 000-dən növbəti dörd il ərzində 10 000-ə endirilməsi səhv addım idi.

“Yəqin ki, bu, vaxtından əvvəl verilmiş qərar idi və orada az əsgər saxlandı. Mənim fikrimcə, bir neçə min nəfərlik əsgəri qüvvənin artırılması ilə orada vəziyyəti stabilləşdirmək mümkün ola bilər” deyə təhlilçi bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG