Accessibility links

ABŞ-ın müdafiə naziri NATO alyansının üzvləri ilə görüşəcək [Video]


ABŞ-ın müdafiə naziri NATO alyansının üzvləri ilə görüşəcək
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mattis Əfqanıstana əlavə qüvvə göndərilməsi ilə bağlı qərarını açıqlamazdan əvvəl NATO alyansının üzvləri ilə bu ölkəyə qoşun göndərilməsi və dəstəklə bağlı müzakirələr aparmaq üçün Brüsselə gedəcək. Yeni strategiyanın fərqli olacağı gözlənilir.

Pentaqon Əfqanıstanla bağlı yeni qərarını iyul ayının ortalarında açıqlayacağına söz verib.

Təhlilçilərdən biri Tramp administrasiyasının Əfqanıstan strategiyasının prezident Obamanınkından o qədər də fərqli olmayacağını düşünür. Brukinqs institutundan Maykl Ohanlon: “Mənim fikrimcə, Mattis və Tramp prezident Obamanın səhvlərinı düzəltməyə çalışır. Bu, əslində Obamanın özünün həyata keçirə bilmədiyi strategiyadır.”

Bu strategiyada əsas diqqət yeni təhlükəsizliyin Əfqanıstan hərbi qüvvələrinin əlində olması üzərində mərkəzləşib. Maykl Ohanlonun dediyinə görə, 2011-ci ilin may ayında Əfqanıstandakı Amerika əsgərlərinin sayının 100 000-dən növbəti dörd il ərzində 10 000-ə endirilməsi səhv addım idi. “Yəqin ki, bu, vaxtından əvvəl verilmiş qərar idi və orada az əsgər saxlandı. Mənim fikrimcə, bir neçə min nəfərlik əsgəri qüvvə artırmaqla orada vəziyyəti stabilləşdirmək mümkün ola bilər.”

Müdafiə naziri Mattis hərbi planı barədə son qərar vermək üçün NATO və alyansın digər üzvləri ilə Əfqanıstandakı öhdəliklərini müzakirə etməlidir.

Pentaqonun sözçüsü Dana Vayt: “Biz daha nə ilə yardım edə biləcəyimizi düşünməliyik. Hər kəs nə baş verəcəyini bilmək istəyir. Lakin nazir orada vəziyyətin dəyişməsi üçün nəyin vacib olduğunu və komandirlərə nə ilə yardım etmək ola biləcəyi məsələsinə diqqət göstərir.”

Rəsmilər yeni strategiyaya Pakistan hökumətindəki bəzi elementlərin Talibana dəstəyini dayandırmasının da daxil olduğunu deyir. Buraya eləcə də İslam Dövləti qrupunun yerli şəbəkəsinin də fəaliyyətinin dayandırılması daxildir. “Əfqanıstandakı İslam Dövləti qrupu ilə bağlı məsələdə dəyişiklik yoxdur. Bu bizim problemimizdir və biz onları məğlub etməklə bu problemi həll etməliyik” deyə, Dana Vayt bildirir.

Təhlilçilər deyirlər ki, Əfqanıstanda İslam Dövləti qrupunun üzvlərinin sayı artsa da, onların əməliyyat imkanları ciddi şəkildə azalıb, belə ki, militantlar özlərini Birləşmiş Ştatlar və Əfqanıstan ordusunun hücumlarından müdafiə etməli olur.

XS
SM
MD
LG