Accessibility links

NATO baş katibinin müavini: Gürcüstan alyansın dəyərli tərəfdaşıdır


NATO-nun baş katibinin müavini Mirça Coana yanvarın 10-da Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə telefon söhbəti zamanı Gürcüstanın NATO-nun dəyərli tərəfdaşı olduğunu və hər bir ölkənin öz təhlükəsizlik mexanizmlərini sərbəst seçmək hüququnu dəstəklədiyini bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, NATO rəsmisi Gürcüstanın Şimali Atlantika Alyansına qoşulacağına və Gürcüstanın quruma inteqrasiyası məsələsinin üçüncü ölkə tərəfindən həll edilməyəcəyinə söz verir.

“NATO-nun baş katibinin müavini Rusiya Federasiyası tərəfindən qondarma “təhlükəsizlik təminatları” ilə bağlı təqdim olunan təkliflərin NATO-nun fundamental prinsip və dəyərlərinə zidd olduğunu, həmçinin üçüncü ölkə tərəfindən suveren dövlətin təhlükəsizlik siyasətinə müdaxilə cəhdlərinin yolverilməz olduğunu qeyd edib. Baş katibin müavini həmçinin Gürcüstanın NATO-ya üzv olması ilə bağlı Buxarest sammitinin qərarına sarsılmaz sadiqliyini bir daha təsdiqləyib” - deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyinin saytında ABŞ və NATO ilə “təhlükəsizlik qarantiyaları” ilə bağlı saziş layihələri dərc edilmişdi. Burada xüsusən də Moskvanın NATO-nun şərqə doğru genişlənməməsi, habelə Alyansın 1997-ci ilin may ayında mövcud olduğu ölkələrdən kənarda əlavə qoşun və silahlarının yerləşdirilməməsi tələbləri irəli sürülüb.

Yanvarın 5-də ABŞ dövlət katibinin müavini Vendi Şerman və Gürcüstanın xarici işlər naziri David Zalkaliani telefon söhbəti zamanı suveren dövlətlərin öz təhlükəsizlik mexanizmlərini müəyyən etmək hüququnu müzakirə ediblər. Dövlət Departamentinin bəyanatında deyilir ki, tərəflər regiondakı vəziyyəti və Rusiya tərəfindən aqressiya təhlükəsini müzakirə ediblər. Departament bildirir ki, Şermanın Gürcüstan xarici işlər naziri ilə söhbətində ABŞ-ın Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini təsdiqləyib.

“Dövlət katibinin müavini qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanı qoşunlarını müharibədən əvvəlki mövqelərə çəkməyə və 2008-ci il atəşkəs razılaşmasına əməl etməyə çağırmaqda davam edəcək” – deyə, Dövlət Departamentinin bəyanatında deyilir.

Rusiya-Gürcüstan müharibəsi nəticəsində Rusiya 2008-ci ildə Gürcüstanın iki regionunun - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və bu ərazilərdəki hərbi bazalarına əlavə qoşun və silahlar ötürüb. Venesuela, Nikaraqua, Nauru və Suriya istisna olmaqla dünyanın bütün dövlətləri bu bölgələri Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazisi kimi tanıyır.

Позиция США

Ранее, 5 января, заместитель госсекретаря США Венди Шерман и глава грузинского МИДа Давид Залкалиани в телефонном разговоре обсудили право суверенных государств определять механизмы собственной безопасности. В сообщении Госдепа говорится, что стороны обсудили ситуацию в регионе и угрозы агрессии со стороны России. Дипведомство США сообщает, что в беседе с грузинским дипломатом Шерман подтвердила твердую поддержку независимости, суверенитету и территориальной целостности Грузии со стороны США.

«Заместитель Госсекретаря отметила, что Соединенные Штаты будут продолжать призывать Россию отвести свои войска на позиции, существовавшие до войны, и соблюдать соглашение о прекращении огня 2008 года», – говорится в заявлении Госдепа.

Напомним, что в результате российско-грузинской войны, Россия в 2008 году признала независимость двух грузинских регионов – Абхазии и Южной Осетии – и перебросила дополнительные войска и вооружения на свои военные базы на данных территориях. Все государства мира – за исключением Венесуэлы, Никарагуа, Науру и Сирии – признают эти регионы территорией Грузии, оккупированной Россией.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG