Accessibility links

NATO Finlandiya və İsveçin hərbi alyansa qoşulmasına dair protokolları imzalayıb


NATO üzvləri çərşənbə axşamı Finlandiya və İsveçin hərbi alyansa qoşulmasına dair protokolları imzalayıb.

Hər iki ölkə Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq uzun zamandır qoşulmamaqla bağlı mövqelərini dəyişərək, ərizələrini may ayında təqdim edib.

“Bu, Finlandiya və İsveç üçün, eləcə də NATO üçün yaxşı bier gündür. Masanın ətrafında 32 ölkə ilə biz daha da güclü olacağıq və insanlarımız onilliklərin ən böyük təhlükəsizlik böhranı ilə üzləşdiyi zaman daha təhlükəsiz olacaq” - deyə, NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO-nun qapıları bizim ortaq təhlükəsizliyimizə töhfə verməyə hazır olan Avropa demokratiyaları üçün açıqdır, ” o əlavə edib.

Üzvlüyə dair protokolların imzalanmasından sonra NATO-ya üzv olan 30 ölkənin hər biri onları öz fərdi prosedurlarına uyğun olaraq ratifikasiya etməlidir.

Həm Finlandiya, həm də İsveçin NATO-nun iclaslarında və hərbi təlimlərdə iştirak etmək də daxil olmaqla, tərəfdaş ölkələrlə birlikdə NATO ilə işləmək kimi təcrübəyə malikdir.

“Alyansın gələcək üzvü kimi İsveç bütün müttəfiqlərin təhlükəsizliyinə töhfə verəcək,” İsveçin xarici işlər naziri Ann Linde çərşənbə axşamı keçirilən iclasın əvvəlində deyib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “təhlükəsiz və firavan Avro-Atlantik regionu” qorumaq üçün ölkəsinin NATO müttəfiqləri ilə işləməyi səbirsizliklə gözlədiyini bildirib.

“Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı, demokratik azadlıq və qanunun aliliyi prinsiplərini müdafiə etməkdə daha güclüyük,” Haavisto bildirib .

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG