Accessibility links

NATO xarici işlər nazirləri diqqəti Ukraynanın enerji infrastrukturunun bərpasına yönəldib


NATO baş katibi Yens Stoltenberq çərşənbə axşamı bildirib ki, o, Rumıniyada NATO xarici işlər nazirlərinin görüşündən bütün müttəfiqlərin Ukraynaya ziyan dəyən infrastrukturunu bərpa etməyə yardım etmək və Ukraynanın Rusiyanın haha hücumlarından daha çox müdafiə ilə təmin etmək üçün daha çox şey etməli olduqlarına dair mesaj çıxmalıdır.

Buxarestdə iki gün davam edəcək danışıqlardan öncə çıxış edən Stoltenberq müxbirlərə deyib ki, Ukrayna Rusiyanın raket hücumlarının dağıtdıqlarını bərpa etmək kimi "böyük öhdəliklə" üzləşir.

"Biz generator və ehtiyat hissələri göndərimişik və müttəfiqlər dağılan infrastrukturun bərpasına kömək edir" , Stoltenberq deyib.

Ukrayna xarici işlər naziri Dmitro Kulebanın çərşənbə axşamı NATO həmkarları qarşısında çıxış edəcəyi gözlənilir. Stoltenberq Kulebanın Ukraynanın müttəfiqlərinin bərpa işlərinə daha çox yardım etmələrinə olan ehtiyacından bəhs edəcəyini gözlədiyi deyib.

NATO başçısı deyib ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynaya hərbi müdaxiləsindəki uğursuzluqlarına cavab olaraq ukraynalıları su, eleketik və istilikdən məhrum edir.

"Biz Ukraynanı dəstəkləməliyik, çünki biz görürük ki, Prezident Putin qışdan müharibə silahı kimi istifadə etməyə çalışır" , Stoltenberq deyib.

Kuleba bazar ertəsi Kyivdə Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçdəki həmkarları ilə görüşüb.

"Bu görüşün ən güclü mesajı odur ki, Ukrayna bu müharibəni qazanmalıdır…və ona görə də, Qərbin dəstəyi daha güclü olmalıdır; heç bir siyasi şərt olmamalıdır, daha ağır silahlar, o cümlədən uzun-müddətli raketlər olmalıdır" , Estonianın xarici işlər naziri Urmas Rainsalu Reuters-ə bildirib.

Reinsalu ukraynalılara qışın öhdəsindən gəlmək üçün onları elektrik generatorları, isti geyimlər və ərzaqla təmin etməyi vəd edib.

Yeddi Baltikyanı və Skandinaviya ölkəsi Rusiya tam-miqyaslı müharibəyə başlayandan bəti Ukraynaya səfər edən ən böyük nümayəndə heyətidir.

Ukrayna Prezidenti Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya qoşunları yeni hücumlara hazırlaşırlar. O, görüləcək tədbirləri müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşüb.

Ukrayna bazar ertəsi ölkə boyu bir neçə bölgədə müntəzəm fövqəladə elektrik kəsilmələri tətbiq etməyə məcbur olduğunu bildirib.

Zelenski bazar ertəsi gecə müraciətində deyib ki, Rusiya Xerson və bölgədəki digər icmalara zərbələr endirib. Zelenski deyib ki, Rusiya bir həftədə "bizim Xerson regionumuzda 30 yaşayış məntəqəsinə 258 dəfə raket atıb".

O, həmçinin bildirib ki, Rusiya qüvvələri Mikolaibi su ilə təchiz edən nasos stansiyasına zərər vurublar.

Zelenski bildirib ki, Rusiya qüvvələrinin bacardığı tək şey mülki şəxslər və mülki infrastruktura ziyan vurmaqdır.

"Onlar geridə bunu buraxırlar. Ruslar "ukraynalılar özlərini onlardan qoruduqları üçün qisas alırlar" - deyə, o bildirib.

XS
SM
MD
LG