Accessibility links

NATO Əfqanıstanı düşmənin öhdəsinə buraxmayacaq


NATO maliyyə xərclərinə baxmayaraq Əfqanıstanın düşmən əlinə keçməsinə imkan verməyəcəyini bildirib.

ABŞ və NATO 2014-cü ilədək döyüş qoşunlarını ölkədən çıxarmağı planlaşdırıb. NATO-nun baş katibi Anders Foq Rasmussen bu gün Brüsseldə bildirib ki, ABŞ və NATO alyans qoşunları ölkədən çıxdıqdan sonra əfqan ordusu və polis qüvvələrinin fəaliyyətini qoruyub saxlamaq üçün nə qədər pul lazım olacağını müzakirə ediblər.

Rasmussen qoşunlar ölkəni tərk etdikdən sonra əfqan hökumətini sarsıtmağa cəhd edən qüvvələrə xəbərdarlıq edərək bildirib ki, onlar NATO-nun əvəzində güclü əfqan təhlükəsizlik qüvvələri ilə üzləşəcəklər. Yüksək rütbəli ABŞ və NATO rəsmiləri yerdə qalan 130 000 xarici əsgərin Əfqanıstandan çıxış planını da müzakirə edəcəklər.

XS
SM
MD
LG