Accessibility links

NATO-nun Baş katibi Gürcüstanın alyansa üzvlük istiqamətində səylərini yüksək qiymətləndirib


Anders Fogh Rasmussen Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb

NATO-nun Baş katibi Andrs Fogh Rasmussen Gürcüstanın Şimali-Atlantik alyansa üzvlük və ölkədə demokratik islahatların həyata keçirilməsi istiqamətində səylərinə yüksək qiymət verib. Cümə axşamı günü Tbilisiyə səfəri zamanı danışan Rasmussen deyib ki, Gürcüstanda keçirilən islahatların ölkəni NATO-ya daha da yaxınlaşdırdığını deyib. Gürcüctan prezidenti Mixail Saakaşvili ilə görüşdən sonra açıqlama verən Baş katib Rasmussen Gürcüstanı NATO-nun xüsusi tərəfdaşı və öhdəliklərə sadiq qalma modeli adlandırıb.

Cənab Rasmussen habelə Gürcüstanın alyansın başçılığı Əfqanıstanda təhlükəsizliyi sabitləşdirmə qüvvələri tərkibində missiyaya verdiyi töhfələri xüsusi qeyd edib. O bidirib ki, Gürcüstan qarşıdan gələn payızda Əfqanıstanda qeyri-NATO ölkələri arasında Əfqanıstanda ən çox əsgəri qüvvəsi olan ölkə ölacaq. Baş katib Rasmussen Gürcüstanın 2014-cü ildə NATO-nun başçılığı ilə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim missiyasında iştirak etmək haqda üzərinə götürdüyü öhdəliyi alqışlayıb.

NATO baş katibi Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionları ilə bağlı münaqişənin dinc yolla həlli prinsipinə sadiq qalmasını yüksək qiymətləndirib. O, NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar edib.

NATO Baş katibi alyansın Gürcüstanda islahatlar prosesinə dəstəyini davam etdirəcəyini deyib. O, Gürcüstanda qarşıdan gələn parlament, 2013-cü ildə prezident seçkilərini demokratiya üçün mühüm sınaq adlandıraraq, siyasi proseslərdə iştirak edən bütün tərəflərin məsuliyyət daşıdığını bildirib.

NATO-nun Baş katibi Anders Fogh Rasmussen Tbilisiyə Cənubi Qafqaz ölkələrinə turu çırçivəsində səfər edib. Onun sentyabrın Bakıya gələcəyi gözlənilir.
XS
SM
MD
LG