Accessibility links

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir.

Müdafiə Nazirlyinin mətbuat xidmətinin məlumatına görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığında olacaq.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit və kursant heyəti üçün "NATO bu gün (strukturu və vəzifələri)", "Azərbaycan-NATO əməkdaşlığı", "NATO-nun arzu etdiyi Strateji Təsir", "NATO-nun mövcud Dəniz Qüvvələri", "NATO Varşava Sammitindən sonra, NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz", "Qlobal kiber-inkişaf və NATO-nun cavabı" mövzularında mühazirələr oxunacaq.

Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" noyabrın 25-dək davam edəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG