Accessibility links

NATO Hind okeanında əməliyyatlarını dayandırıb


Somali dəniz quldurları tərəfindən hücumların kəskin azalmasından sonra NATO Okean Qalxanı Əməliyyatını başa çatdırıb. Alyansın üçün ən son Hind Okeanının nəzarət missiyasını Danimarka Kral Hava Qüvvələri həyata keçirib.

Əməliyyat Avropa İttifaqı, Birləşmiş Ştatlar və digər müstəqil dövlətlərin dəniz quldurluğu təhlükəsinə qarşı son dərəcə müvəffəqiyyətli koordinasiya edilmiş beynəlxalq reaksiyanın bir hissəsi idi.

Pik dövründə Afrika buynuzu sahillərindəki dəniz quldurluğu 7 milyard dəyərində iqtisadi təsiri olub, mindən çox girov götürülüb. 2012-ci ildən bəri uğurlu hücum olmayıb. 2010-2011-ci illərdə isə bu rəqəm 30-dan çox idi.

NATO təyyarələri Seyşel adalarından çıxıb. Danimarka hava qüvvələrinin son missiyasının yerinə yetirən bölümünün komandiri NATO-nun Somali hövzəsi və ya Atlantik Okeanda anti-pirat səylərini hər an bərpa edə biləcəyini vurğulayıb.

NATO-nun sərhədlərindən kənarda on ildən çoxdur apardığı əməliyyatlardan sonra hərbi ittifaq diqqətini Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaqında sonra Rusiyanı şərqdə cilovlamağa yönəldib.

Bu ayın əvvəli NATO Avropa İttifaqına cinayətkarların Şimali Afrikadan qaçqın alverinin qarşısını almağa yardım etmək üçün Aralıq dənizindəki əməliyyatlarını genişləndirib.

XS
SM
MD
LG