Accessibility links

NATO Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə ümid edir


Culian Smit Belçikada NATO-nun baş qərargahında çıxış edir. 15 fevral, 2022.
Culian Smit Belçikada NATO-nun baş qərargahında çıxış edir. 15 fevral, 2022.

Ukraynanın Qərbdəki ən böyük himayədarları, Rusiya rəsmilərinin daha sərt tonda danışmalarına baxmayaraq, dəstəklərini dayandırmayacaqlarına söz verirlər.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi çərşənbə günü Vaşinqtonda bildirib ki, Rusiyanın bu yaxınlarda Ukraynanın şərqində əldə etdiyi irəliləyişlər ittifaqın qətiyyətini sarsıtmayıb və üzvlərin Kyiv qüvvələrinə inamları davam edir.

“Düşünürəm ki, biz, NATO-da kollektiv olaraq, Ukraynanın son nəticədə qalib gələcəyinə ümid edirik və inanırıq,” Culian Cmit Müdafiə Yazıçıları Qrupuna deyib.

“İttifaq boyu Ukrayna qüvvələrinə hörmət çox yüksəkdir,” Smit əlavə edib. “Biz Rusiya qüvvələrinin irəliləyiş əld etdiyi zamanları görürük. Biz Ukrayna qüvvələrinin onları geri göndərməkdə müvəffəq olduğu zamanları da görürük.”

Smitin sözləri Vaşinqtonun Ukraynaya əlavə qabaqcıl silah sistemi, o cümlədən M142 Yüksək hərəkətlilik qabiliyyətinə malik artilleriya raket sistemi HİMARS göndərəcəyini elan etməsindən bir gün sonraya təsadüf edib.

ABŞ Prezidenti Co Bayden bu qərarını çərşənbə axşamı The New York Times-da dərc olunan köşə yazısında müdafiə edib və deyib ki, qabaqcıl raket sistemləri Ukraynaya “döyüş meydanında əsas hədəfləri daha yüksək dəqiqlikdə vurmağa” yardım edəcək.

Ukrayna rəsmiləri artıq həftələrdir bu sistemlər üçün çağırış edir və onların Moskvanın Donbas bölgəsində irəliləyiş əldə etməsinə imkan verən Rusiya artilleriyasının qarşısını almaq üçün lazım olduğunu deyir. Rusiya çərşənbə günü ABŞ -ın qərarını tənqid edərək, Vaşinqtonu gərginliyi artırmaqda ittiham edib.

“Biz inanırıq ki, Birləşmiş Ştatlar məqsədyönlü və inadkar bir şəkildə od üstünə yağ tökür,” Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Səudiyyə Ərəbistanın səfəri zamanı bu addımı “Qərbi hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyan birbaşa təxribat” adlandırıb.

ABŞ-ın NATO-dakı səfiri bu narahatlıqları rədd edib.

ABŞ-ın Ukraynaya hərbi yardımı “son bir neçə ay ərzində, zənnimcə, təbii şəkildə inkişaf edib və dəyişib,” Smit deyib və əlavə edib ki, Kyivə bu yardımın parametrləri ilə bağlı mesaj “nisbətən açıqdır.”

“Biz sizə Rusiya ərazisinə hücum edə biləcək texnika ilə dəstək verə bilmərik,” o deyib. “NATO müttəfiqləri NATO-nun bir münaqişədə bir tərəfə çevrilməyəcəyində birlikdirlər.”

Bundan əlavə Smit Türkiyənin ümumilikdə sülh danışıqlarına və Rusiyanın ehtiyac olan taxılın çatdırılmasına əngəl törədən Ukrayanın liman şəhəri Odesanın blokadasına son qoymasına yönəlmiş danışıqlara doğru aparan yolun yaradılmasına yardım etmək təklifini alqışlayıb.

Smit həmçinin deyib ki, NATO müttəfiqləri Ankaranın bu səylərinin çox nəticə verəcəyini gözləmirlər.

“Biz bu məqamda bunun hansısa böyük irəliləyişlə nəticələnəcəyinə şübhə ilə yanaşırıq,” o deyib. “Rusiyanın bunların hər hansı birini ciddi qarşıladığına və ya xoş niyyətlə danışıqlar apardığına dair heç bir işarə yoxdur.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG