Accessibility links

NATO Liviyada komandanlığı öz üzərinə götürməyə razı olub


NATO Liviyada komandanlığı öz üzərinə götürməyə razı olub
NATO Liviyada komandanlığı öz üzərinə götürməyə razı olub

Fransa prezidenti Nikola Sarkozi Birləşmiş Ərəb Əmirliklərinin uçuşa qadağa zonasının tətbiqi üçün 12 təyyarə göndərəcəyini açıqlayıb

NATO-ya üzv ölkələr Liviya üzərində qeyri-uçuş zonası missiyasında komandanlığı öz üzərinə götürrmək barədə razılığa gəlib.

Alyans üzvləri Şimali Afrika ölkəsində bütün hərbi əməliyyatları NATO-nun öhdəliyinə verilməsini nəzərdən keçirəcəklər. Qurumun baş katibi Anders Foq Rasmussen bildirib ki, alyansın komandanlığı öz üzərinə götürməsi növbəti 3 gün ərzində başlayacaq. Rasmussenin sözlərinə görə, hazırda Liviyada koalisiya və NATO əməliyyatları davam edir. O deyib ki, NATO-nun Liviyada daha geniş öhdəliklər götürməsini nəzərdən keçirməsi isə qarşıdakı 1-2 gün ərzində baş tutacaq.

Bununla yanaşı, Fransa prezidenti Nikola Sarkozi Birləşmiş Ərəb Əmirliklərinin qeyri-uçuş zonasının tətbiqi üçün 12 təyyarə göndərəcəyini açıqlayıb. Əmirliklər Qətərdən sonra təşəbbüsə qoşulan ikinci ərəb ölkəsidir.

XS
SM
MD
LG