Accessibility links

NATO Ukraynanın uçuşa qadağa zonasının tətbiq olunmasına çağırması fonunda iclas keçirir


Kyiv Qərb müttəfiqlərini Uçuşa Qadağa Zonası tətbiq etməyə və ya mülki əhalini və nüvə stansiyaları da daxil olmaqla, infrastrukturu qorumaq üçün onlara daha çox təyyarə ilə təmin etməyə çağırdığı bir vaxt NATO-nun xarici işlər nazirləri Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə etmək üçün cümə günü Brüsseldə görüşür

Ukrayna prezidenti Volodimir Zelenski Moskvanın ölkəsinə bir həftədən çoxdur başlatdığı həri müdaxiləsindən sonra dəfələrlə Uçuşa Qadağa Zonasının yelan olunmasında çağırsa da, NATO müttəfiqləri onları nüvə silahına malik Rusiya ilə müharibəyə sürükləyə biləcək addıma müqavimət göstərir.

NATO-nun Brüsseldəki baş qərargahında keçiriləcək iclasdan əvvəl danışan Litva bildirib ki, Uçuşa Qadağa Zonası tətbiq edəcəyi təqdirdə alyans müharibəyə sürüklənəcək.

Litvanın Baş naziri İnqrida Şimonite
Litvanın Baş naziri İnqrida Şimonite

“Hazırda NATO-nu hərbi münaqişəyə cəlb etmək üçün irəli sürülən bütün təşviqlər məsuliyyətsizlikdir” - deyə, Litvanın Baş naziri İnqrida Simonit bildirib.

Kanadanın xarici işlər naziri Melani Coli NATO-nun qırmızı xəttinin daha genişmiqyaslı beynəlxalq münaqişəyə səbəb olmamaq üçün olduğunu, lakin bütün ssenarilərin müzakirə edilməli olduğunu deyib.

Fransanın Prezident apparatı Uçuşa Qadağa Zonasının “çox qanuni bir tələb olduğunu, lakin bunun yerinə yetirilməsinin çox çətin” olduğunu bildirib.

Zelenski cümə axşamı deyib ki, müttəfiqləri onun Ukrayna hava məkanını qorumaq tələbini yerinə yetirməsələr, bunun əvəzində Kyivi daha çox döyüş təyyarəsi ilə təmin etməlidirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski

Rusiya prezidenti Vladimir Putinin paytaxt Kyivə qurudan hücumunun qarşısı alınsa da, Rusiya qüvvələri Ukraynanın şimal-şərqindəki ikinci böyük şəhəri Xarkiv də daxil olmaqla, yaşayış məntəqələri və əsas mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

Ukrayna cümə günü bildirib ki, Rusiya qüvvələri Avropanın ən böyük Zaporijye Nüvə Elektrik Stansiyasına nəzarəti ələ keçirib. Bu, şəhərin atəşə tutulmasından və stansiyanın yerləşdiyi ərazidəki binada yanğının başlamasından sonra baş verib. Daha sonra yanğının söndürüldüyü bildirilib.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Azov dənizindəki Mariupol limanı Rusiyanın güclü bombardmanları nəticəsində mühasirəyə alınıb. Şəhər elektriksiz və susuz qalıb.

XS
SM
MD
LG