Accessibility links

NATO qüvvələri İran İnqilab Keşikçisini həbs ediblər


NATO qüvvələri İran İnqilab Keşikçisini həbs ediblər
NATO qüvvələri İran İnqilab Keşikçisini həbs ediblər

Zabit ötən şənbə günü Qəndahar vilayətində həbs edilib

NATO qüvvələri İran İnqilab Keşikçisi silah qaçaqmalçılığında ittiham edərək Əfqanıstanda həbs ediblər. NATO bəyanatında deyilir ki, zabit ötən şənbə günü koalisiya qüvvələrinin Taliban militantlara qarşı mübarizə apardıqları Qəndahar vilayətində həbs edilib. Həbs edilən şəxsin Talibanı silah-sursatla təmin edən əsas vasitəçi olduğu deyilir. O, İrandan Əfqanıstana sərhəd vasitəsiilə silah-sursat keçirməyə yardım etməkdə təqsirləndirilir. ABŞ hərbi rəsmiləri İranı Taliban militantlarını təlim və təchizatla bilavasitə təmin etməkdə və eyni zamanda əfqan hökumətinə maliyyə yardımı göstərməkdə ittiham edib .

XS
SM
MD
LG