Accessibility links

NATO Rusiya ilə raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq etmək istəyir


NATO Rusiya ilə raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq etmək istəyir
NATO Rusiya ilə raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq etmək istəyir

Moskva layihədə iştirak edib-etməmək haqda qərarını verməzdən əvvəl detallarla tanış olmalıdır

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, bərabər tərəfdaşlıq olduğu halda, Rusiya NATO ilə raket əleyhinə müdafiə sahəsində əməkdaşlığa həmişə hazırdır. Lavrov bu gün Seulda müxbirlərə bildirib ki, raket əleyhinə müdafiəyə dair əməkdaşlıq qarşılıqlı ehtiram və maraqlar nəzərə alınsa mümkün ola bilər. NATO rəhbəri Anders Foq Rasmussen bu ayın əvvəli Avropa üzərində raket əleyhinə müdafiə qalxanı yaratmaq sahəsində Rusiya ilə əməkdaşlığı gücləndirmək məqsədilə Kremlə səfər etmişdir. NATO üzvləri bildirib ki, sistem regionu İrandan potensial raket hücumlarından qorumaq məqsədi daşıyır. Rusiya prezidenti Dmitri Medvedev ötən ay demişdi ki, Moskva layihədə iştirak edib-etməmək haqda qərarını verməzdən əvvəl detallarla tanış olmalıdır.

XS
SM
MD
LG